• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL veteranlara pulsuz aviabilet təqdim edəcək

AZAL veteranlara pulsuz aviabilet təqdim edəcək
31.03.2016 11:20
"Azərbaycan Hava Yolları" (AZAL) 9 May - Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümünə həsr olunmuş yeni aksiyanın başlanması barədə elan edir.

AZAL-ın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, aksiya çərçivəsində Sovet İttifaqı qəhrəmanları və SSRİ Şöhrət Ordeninin 3 dərəcəsi ilə təltif olunan şəxslər, I, II və III qrup Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları, Böyük Vətən müharibəsində yaralanan, kontuziya alan və həlak olan hərbi qulluqçuların dul arvadları AZAL-ın marşrut şəbəkəsinin istənilən istiqamətinə pulsuz aviabilet əldə edə biləcəklər. Aksiya çərçivəsində pulsuz aviabilet həmçinin onları müşayiət edən bir sərnişin üçün də nəzərdə tutulmuşdur.

Aksiya çərçivəsində aviabiletlərin rəsmiləşdirilməsinə 11 aprel tarixindən başlanılacaq. Gediş tarixi mayın 3-dən 12-dəkdir. Geri dönüş tarixi isə sərnişinlərin istəyindən asılıdır.

"İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Azərbaycan xalqının böyük xidməti vardır. Biz bu Qələbəni bizə hədiyyə edənlərə böyük hörmətlə yanaşırıq. Azərbaycanın milli aviadaşıyıcısı üçün veteranlara uçuşlar yerinə yetirdiyimiz istənilən şəhərdə olmaq imkanı yaratmaq böyük şərəfdir", AZAL QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirmişdir.

Veteranlar aviabiletləri AZAL-ın kassalarında, həmçinin aviaşirkətinin xarici dövlətlərdəki nümayəndəliklərində rəsmiləşdirə bilərlər. Bu aksiya çərçivəsində aviabilet əldə etmək üçün Böyük Vətən müharibəsi veteranları kateqoriyasına mənsub olduğunu təsdiqləyən sənəd təqdim olunmalıdır.

Aksiya şərtləri və qaydaları ilə bağlı ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaq olar:

(+99412) 598-88-80; *8880



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol