• $
  • €
  • ₽
  • ₺
  • £

Fond: Banklardakı əmanətlərin 73%-i qorunur

Fond: Banklardakı əmanətlərin 73%-i qorunur
02.08.2016 11:02
 2016-cı ilin 6 ayın yekunlarına görə fiziki şəxslərin cəmi əmanətləri 7 mlrd. 761 mln. manat təşkil edib.
 
Əmanətlərin Sığortalanması Fondundan "APA-Economics"ə verilən məlumata görə, cari ilin II rübündə qorunan əmanətlər ötən rüblə müqayisədə 543 mln. manat (8,8%), ilin əvvəlinə olan göstərici ilə müqayisədə isə 296 mln. manat (5%) azalıb və nəticədə cəmi əmanətlərin (7,8 mlrd. manat) 73%-ni (5,66 mlrd. manat) qorunan əmanətlər, 27%-ini (2,10 mlrd. manat) isə qorunmayan əmanətlər təşkil edib.
 
Kompensasiya olunan əmanətlər cari ilin əvvəlinə olan göstərici ilə müqayisədə 99% (2 mlrd. 275 mln. manat) artaraq 4 mlrd. 572 mln. manat olub ki, bu da ümumi əmanətlərin (qorunmayan əmanətçilərin əmanətləri istisna olmaqla) 65%-ini, qorunan əmanətlərin isə 81%-ini təşkil edib.
 
Qorunan əmanətlərin 77%-i ABŞ dollarının, 19%-i manatın, 4%-i avronun payına düşür.
 
2016-cı ilin II rübündə fondun cəmi aktivləri 168,2 mln. manat edib, bunlardan uzunmüddətli aktivlər 2,2 mln. manat təşkil edib.
 
2016-cı ilin II rübündə fondun cəmi gəlirləri 13,7 mln. manat olub ki, bunun da 13,2 mln. manat hissəsini təqvim haqları, 443 min manat hissəsini faiz gəlirləri təşkil edib. Fondun inzibati və ümumi xərcləri 1,8 mln. manat, bunun da 943,5 min manatını əməliyyat  xərcləri təşkil edib.
 
Hazırda Fondun investisiya portfeli 7,3 milyon manat təşkil edən qiymətli kağızlardan ibarətdir.
 
2016-cı ilin II rübün sonuna fondun iştirakçısı olan bankların sayı 37-dir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol