• $
  • €
  • ₽
  • ₺
  • £

Mançester Yunayted Yay Futbol Məktəbinin qalibləri Mançesterə yola düşürlər

Mançester Yunayted Yay Futbol Məktəbinin qalibləri Mançesterə yola düşürlər
06.12.2016 21:16
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Mançester Yunayted” dördüncü Yay Futbol Məktəbinin qalibləri ilə görüş keçiriblər.

Bakı Olimpiya Stadionunda keçiriləngörüşdə Bakıda təşkil olunmuş "Mançester Yunayted” Yay Futbol Məktəbində təlim zamanı ən yüksək nəticələr göstərən5 gəncəMançesterə səfər etmək hüququnu verənsertifikat təqdim edilib.

10-15 dekabr tarixləri arasında baş tutacaq İngiltərə səfəri zamanı gənc istedadlar "Mançester Yunayted” klubu ilə tanış olacaq və klubun oyununu izləyəcəklər. Səfərlə əlaqəli xərclər Bakcell şirkəti tərəfindən qarşılanır.

"AFFA və Mançester Yunayted ilə birgə tərəfdaşlıq çərçivəsində hər iltəşkil etdiyimiz Mançester Yunayted Yay Futbol Məktəbində uşaqlar üçün əlimizdən gələn şəraiti yaratmağa çalışırıq.Bu uşaqlar Azərbaycan futbolunun gələcəyi və hər birimizin fəxridir. Ümidvarıq ki, hər il olduğu kimi, bu il də Mançesterə səfər edən gənclər ilk öncə Azərbaycanı, daha sonra isə üzvləri olduğu futbol klubunu layiqincə təmsil edəcəklər. Bakcell, AFFA və "Mançester Yunayted”futbol klubu adından bu gənc, istedadlı futbolçularımıza uğurlar arzu edirik. ”, deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədov: "Azərbaycan Futbol Federasiyaları Assosiasiyası artıq 4-cü ildir ki, Bakcell şirkəti ilə birgə "Mançester Yunayted” Yay Futbol Məktəbinin təşkilində əməkdaşlıq edir. "Mançester Yunayted” Yay Futbol Məktəbi ölkəmizdə uşaq futbolunun inkişafında və kütləvi futbolun təbliğində vacib rol oynayır. Bakıda təşkil olunan məşqlərdə fərqlənmiş uşaqlar İngiltərənin Mançester şəhərinə səfər etmək, Old Trafford stadionunda olmaq, "Mançester Yunayted" klubunun düşərgəsində bir müddət vaxt keçirmək imkanı əldə edir və bütün bunlar uşaqların futbola sevgisini artırmaqla yanaşı, yaddaşlarına silinməz xatirələr həkk edir. Bu layihənin uzun illər ərzində davam edəcəyinə ümid edir, Bakcell şirkətinin Azərbaycan futboluna göstərdiyi dəstəyi yüksək qiymətləndirir, əməkdaşlığımızın gələcəkdə də müsbət nəticələr verəcəyinə inanırıq".

Qeyd edək ki, bu ilin sentyabr ayında "Mançester Yunayted” Yay Futbol Məktəbində "Mançester Yunayted” futbol məktəbindən Azərbaycana ezam olunan məşqçilər tərəfindən keçirilən təlim-məşq toplanışında AFFA-nın dəstəyilə təşkil olunan seçimlərdən uğurla keçmiş 9-12 yaşlı 32 gənc istedad iştirak edib. Təlim-məşq  toplantısının bütün iştirakçılarına "Mançester Yunayted” klubu tərəfindən xüsusi sertifikat təqdim olunub və ən yaxşı nəticələr nümayiş etdirən 5 məzun Mançesterə səfər etmək imkanına sahib olub.

Onu da qeyd etmək lazımdır ki, Bakı Olimpiya Stadionunda daimi fəaliyyət göstərən "Mançester Yunayted” Futbol Məktəbində 98 uşaq futbol üzrə bilik və bacarıqlarını artırırlar. Onlardan 6 nəfər bu yay təşkil edilən Mançester Yunayted Yay Futbol Məktəbinin məzunlarıdır. Məktəbin "Manchester United Baku” komandası isə U-13 liqasında oynayır və layiqli nəticələr nümayiş etdirir. 
 














www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol