Benzinin qiyməti ilə proqnoz açıqlandı

"Azpetrol" şirkətinin baş direktoru Ceyhun Məmmədov benzinin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılıb-artırılmaması ilə bağlı məsələyə münasibət bildirib.
anews.az -ın APA-ya istinadən xəbəinə görə, "Caspian Energy" jurnalına müsahibəsində C. Məmmədov Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin Tarif Şurası tərəfindən tənzimləndiyini deyib.
"Premium" markalı benzinin qiymətinə gəlincə, şirkət rəhbəri qeyd edib ki, buna bir neçə amil təsir edir.
Bunların arasında Avropanın neft məhsulları bazarındakı tendensiya, dünya bazarında neftin qiyməti, dolların məzənnəsi, nəqliyyat xərcləri yer alıb.
"İstənilən halda biz ticarət marjamızı aşağı salmağa çalışırıq ki, yanacaq istehlakçılar üçün daha əlçatan olsun", - deyə o vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 07:41
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq

İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub






















