Kiyev vilayətində qumbara partlaması nəticəsində 4 nəfər ölüb

Ukraynanın Kiyev vilayətinin Brovarı rayonunun Malaya Berezanka kəndində qumbara partlaması nəticəsində 4 nəfər ölüb.Bu barədə Kiyev vilayətinin polisi teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, hərbi hissəni icazəsiz tərk etmiş şəxsin qumbaranı fərdi yaşayış evinin həyətində partlatdığı ehtimal olunur.
“Partlayış nəticəsində 4 nəfər – həmin şəxs, iki qadın və 17 yaşlı qız həlak olub”, – məlumatda qeyd edilib.
Hadisə yerində patrul polisinin əməkdaşları, istintaq-əməliyyat qrupu və partlayıcı maddələr üzrə mütəxəssislər işləyir.
Polis hadisə yerində araşdırma aparır, partlayıcı qurğunun növü və insidentin bütün təfərrüatları müəyyənləşdirilir.
























