• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə bank Whatsapp-da çat-bot təqdim edib!

Azərbaycanda ilk dəfə bank Whatsapp-da çat-bot təqdim edib!
27.08.2020 11:09
Siz hələ də sorğularınızla bağlı Banka zəng edirsiniz? Növbəniz çatmaq üçün uzu müddət gözləməli olursunuz? Artıq buna ehtiyac yoxdur!
 
Ölkəmizdə rəqəmsal bankçılığını inkişafına və müştəri məmnuniyyətinin artırılmasına böyük diqqət ayıran Bank Respublika, növbəti yeniliyi təqdim edib. Bank Azərbaycanda ilk dəfə olaraq  Whatsapp Messenger üzərindən müştəriləri üçün yeni çat-bot xidmətini istifadəyə verdi.
 
Yeni xidmət vasitəsilə, müştərilər artıq banka gəlmədən, zəng etmədən vaxt itkisinə yol vermədən banka ünvanlandığı ən önəmli suallarla bağlı 24 saat ərzində cavab tapa biləcək. Bunun üçün Whatsapp Messenger-də (51) 4 144 144 nömrəsinə Sizi maraqlandıran məsələ ilə bağlı açar sözü ("kredit, "depozt”, "kart” və s.) yazıb göndərmək kifayətdir. Bot avtomatik olaraq Sizin sorğunuzu təhlil edib operativ cavablandıracaq.
 
Çat-Bot müştərilərin suallarını cavablandırmaqla yanaşı, sifarişləri onlayn qaydada avtomatik həyata keçirir, bank məhsulları barədə ətraflı məlumat verir, müştərilərin verdikləri cavablar əsasında onları yönləndirir, həmçinin müştəriyə yaxın filial və ya bankomatın ünvanını göstərir.
 
"Ölkəmizdə ilk dəfə olaraq ən populyar mesencer olar Whatsapp üzərindən çatbotun məhz Bank Respublika tərəfindən istifadəyə verilməsinə çox şadıq. Yeni çat-bot vasitəsi ilə, müştərilərimiz zamanlarına qənaət edərək bank sorğularına rahatlıqla cavab tapa biləcək! İlkin mərhələdə müştərilərimizə banka müraciət zamanı ən çox sorğu olunan məhsullarımız -  kreditlər və kartların sifarişi üzrə tam avtomatlaşdırılmış dəstək göstəriləcək. Növbəti mərhələdə isə çat-botun məlumat bazası, müştərilərin sorğularına əsasən daha da genişləndiriləcək və müştərilərə  çat-bot üzrə daha geniş imkanlar təklif olunacaq.” deyə "Bank Respublika”nın Pərakəndə Satışlar Departamentinin direktoru Anar Həmidov qeyd edib.
 
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol