• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika cəbhəyanı rayonlarda əhalinin özünüməşğulluğuna dəstək oldu!

Bank Respublika cəbhəyanı rayonlarda əhalinin özünüməşğulluğuna dəstək oldu!
02.09.2020 14:44
Ölkəmizdə davamlı olaraq sosial layihələr həyata keçirən, ölkənin aparıcı banklarından olan Bank Respublika, ölkəmizin cəbhəyanı rayonlarında yaşayan həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində öz dəstəyini göstərib.
 
Bu dəfə Bankın əməkdaşları düşmənlə təmas xəttində yerləşən Tovuz, Ağdam və Tərtər rayonlarında sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərlə, aztəminatlı ailələrlə, məcburi köçkünlərlə görüşərək, onların şəxsi biznes yaratmaq arzularını reallaşdırıb. Belə ki, Bank tərəfindən cəbhəyanı bölgələrin sakinlərinə heyvandarlıq təsərrüfatı yaratmaq məqsədilə qoyun, quzu, inək və yem təqdim olunub. Sakinlər şəxsi biznes, yəni daimi gəlir mənbəyi yaratdıqlarına görə "Bank Respublika”ya və layihənin bütün iştirakçılarına öz təşəkkürünü bildiriblər.
 
Qeyd edək bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.
 
Bankdan verilən məlumata əsasən, ilin əvvəlindən etibarən  Bank tərəfindən Özünüməşğulluq Proqramı çərçivəsində görülən tədbirlər ilin sonunadək ölkənin digər bölgələrində də icra olunacaq.
 
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol