• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank Raiffeisen Bank International tərəfindən mükafatlandırılıb

Kapital Bank Raiffeisen Bank International tərəfindən mükafatlandırılıb
03.09.2020 10:48
Kapital Bank dünyanın nüfuzlu maliyyə qurumlarından olan Raiffeisen Bank International AG tərəfindən "STP Quality Award 2019” mükafatı ilə təltif edilib. Bu mükafat beynəlxalq ödənişləri yüksək keyifyyətlə icra edən banklara təqdim olunur.
 
Məlumatların avtomatlaşdırılmış qaydada emal olunması müasir bank sistemində, xüsusilə köçürmələr və ödənişlər sahəsində mühüm rol oynayır. Beynəlxalq ödənişlərin icrası ilə bağlı prosesin avtomatlaşdırılması əməliyyat xərclərini minimuma endirərək hesablaşma-klirinq prosesini sürətləndirir. Raiffeisen Bank International beynəlxalq köçürmələrin və ödənişlərin icrası prosesinin təkmilləşdirilməsində əməkdaşlıq etdiyi müxbir bankların göstərdiyi səyləri yüksək qiymətləndirir.
 
"Beynəlxalq ödənişlərin təkmilləşdirilməsi sahəsi Kapital Bank üçün çox böyük əhəmiyyət kəsb edir. Məhz bu sahəyə verdiyi töhfələrə, yüksək STP göstəricisi ilə beynəlxalq köçürmələri keyfiyyətlə icra etdiyimizə görə "STP Quality Award 2019” mükafatına layiq görüldük. Pandemiya şəraitində Bankımızın belə bir nüfuzlu mükafata layiq görülməsi bank ödənişlərinin icrası ilə bağlı göstərilən ximətin yüksək səviyyədə olmasının ən bariz nümunəsidir”, - deyə, Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.
 
Qeyd edək ki, STP (Straight-Through Processing) – davamlı, tam avtomatlaşdırılmış informasiya emalı prosesidir və ödənişlərin keyfiyyətli icrasının əsas göstəricisi hesab olunur. Müvafiq standartlara riayət edilməsi avtomatlaşdırılmış rejimdə ödənişlərin heç bir müdaxilə olmadan həyata keçirilməsində vacib rol oynayır.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol