• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankından “Təhsil Kartı”

Azərbaycan Beynəlxalq Bankından “Təhsil Kartı”
10.09.2020 11:10
Gənclərin təhsilinə, müasir çağırışlara uyğun bilik və bacarıqlara yiyələnməsinə dəstək olan Azərbaycan Beynəlxalq Bankı bu sahədə daha bir layihənin icrasına başlayıb. Bank "Təhsil Kartı” adlı yeni məhsulunu təqdim edib.

Yeni kart məhsulu tələbələrin təhsil zamanı ehtiyac duyduqları bank xidmətlərinin yüksək səviyyədə təmin olunmasına imkan yaradır. Belə ki, Azərbaycan Beynəlxalq Bankının "Təhsil Kartı” vasitəsilə tələbələr öz təqaüdlərini alacaq, ölkə daxilində, xaricdə, bankın mobil tətbiqi vasitəsilə istənilən ödənişlərini həyata keçirəcəklər. Təhsil kartının ön hissəsində tələbə haqqında məlumatlar, arxa hissəsində isə ödəniş kartının məlumatları əks olunur. Beləliklə, tələbələr bu kartdan universitetə, universitet kitabxanasına, oxu zallarına giriş üçün də istifadə edə biləcəklər.

"Təhsil Kartı” 5 il müddətinə təqdim olunacaq. Azərbaycan Beynəlxalq Bankının "QayğıCash” layihəsi çərçivəsində Bankla tərəfdaş məkanlarda bu kartla aparılan ödənişlər zamanı tələbələr kəşbək qazanacaqlar. Yəni, bu kartla etdikləri ödənişlərin müəyyən faizləri onların kart hesabına geri qayıdacaq. Yaxın gələcəkdə "Təhsil Kartı”nın istifadə dairəsi daha da genişləndiriləcək. Tələbələr üçün xüsusi endirim kampaniyaları tətbiq olunacaq.

Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı ilə Bank arasında "Təhsil Kartı” layihəsi üzrə müqavilə imzalanıb və tələbələrə kartların təqdim edilməsinə başlanılıb.
Azərbaycan Beynəlxalq Bankı bu layihəni "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində Mərkəzi Bank, Təhsil Nazirliyi, MasterCard beynəlxalq ödəniş sistemi ilə birgə əməkdaşlıq üzrə həyata keçirib.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib ki, bu kartlar tələbələrin rahatlığına xidmət edəcək: "Təhsil Kartı” gənc nəsil arasında nağdsız ödəniş ənənələrinin geniş yayılmasına da kömək göstərəcək. Kəşbək proqramlarımız, keçirdiyimiz kampaniyalar tələbə gənclərimizi ödənişlərini nağdsız aparmağa həvəsləndirəcək. Onlarda innovativ bank xidmətlərindən istifadə ilə bağlı faydalı təcrübələr formalaşacaq”. 
MasterCard şirkətinin ölkə üzrə müdiri Erdem Çakar bildirib: "Bu kartlarla hər bir tələbə nağdsız ödəniş vasitəsinə sahib olacaq. Gələcəkdə tələbələr bu kartlarla bir çox əlavə xidmətlərdən də  faydalana biləcəklər. Bu kartlarla kafe, dəftərxana xidmətlərindən istifadə, elektron ticarət, internet üzərindən bir çox ödənişlər aparmaq mümkün olacaq. Tələbə kartları bir tərəfdən gənc nəslin nağdsız ödəniş ənənələrini mənimsəməsinə, başqa tərəfdən universitetlərin birbaşa təhsil funksiyası ilə bağlı olmayan əlavə qayğılarının azalmasına  kömək edəcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol