• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı bu il də səhmdarlarına dividend ödəyir

Azərbaycan Beynəlxalq Bankı bu il də səhmdarlarına  dividend ödəyir
16.09.2020 10:04
15 sentyabr 2020-ci ildə "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Baş ofisində Bankın səhmdarlarının ümumi yığıncağı təşkil edilib. COVİD-19 pandemiyasının yaratdığı məhdudiyyətləri nəzərə alaraq iclas materialları ilə tanışlıq və səhmdarların səsverməsi qiyabi formatda keçirilib.

Yığıncaqda "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2019-cu il üzrə maliyyə hesabatı təsdiqlənib. Qeyd edək ki, son illərdə həyata keçirilən tədbirlər nəticəsində Bankın kapital mövqeyi, maliyyə dayanıqlılığı, mənfəətliliyi təmin edilib.
 
Azərbaycan Beynəlxalq Bankının 2019-cu ildə qazandığı mənfəət 2018-ci ildə olduğu kimi ötən il üzrə də səhmdarlara dividend ödəməyə imkan verir. Beləliklə, yığıncaqda 2019-cu ilin maliyyə nəticələrinə əsasən, bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə baxılıb. Hər səhm üzrə 0,0326 AZN olmaqla səhmdarlara ötən ilin mənfəətindən 150 milyon manat dividendin ödənilməsi qərara alınıb.

Bununla yanaşı, səhmdarlar qiyabi səsvermə əsasında Bankın Nizamnaməsini yeni redaksiyada təsdiqləyiblər. Təqdim edilən materiallarda səhmdarlara Bankın missiya və strateji baxışı barədə də məlumat verilib.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol