• $
  • €
  • ₽
  • ₺
  • £

İki dəfə daha ucuz qiymətə ödəniş üzükləri!

İki dəfə daha ucuz qiymətə ödəniş üzükləri!
25.09.2020 11:25
Ödəniş üzüklərindən daha çox müştərinin istifadə edə bilməsi üçün Azərbaycan Beynəlxalq Bank bu məhsulun çeşidlərini artırıb. İndi "Payment Ring” ödəniş üzüklərini VISA Gold kartları ilə birgə də almaq mümkündür. Yeni məhsuldan istifadə üzrə xidmət haqqı 150 manatdır. 

Anews.az xəbər verir ki, indiyə qədər müştərilərə yalnız 300 manatlıq VISA Platinum və 600 manatlıq VISA İnfinite kartlarına bağlı ödəniş üzükləri təklif edilirdi.
VISA Gold kartları ilə təqdim olunan ödəniş üzüyünün istifadə müddəti 4 ilədək, kartın istifadə müddəti isə 3 ildir. Kartı AZN, USD, EUR və GBP hesablarında açdırmaq olar. 

Ödəniş üzükləri Azərbaycan Beynəlxalq Bankının ölkəmizə gətirdiyi innovativ bankçılıq texnologiyalarındandır. Bankın bu ilin əvvəlindən bazara təqdim etdiyi bu ödəniş vasitəsi təmassız NFC texnologiyası əsasında hazırlanıb. Ödəniş üzükləri adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız  ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək olar.  Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Bankın NFC texnologiyasını dəstəkləyən yeni ATM-lərində də bu üzüklərdən istifadə etmək imkanı var. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar. 

Ödəniş üzüklərini şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının istənilən filial və ya şöbəsindən və ya online sifariş edərək əldə etmək mümkündür. Bu imkandan faydalanmaq istəyən müştərilər Banka mümkün qədər tez müraciət etməlidirlər. Çünki "Payment Ring” ödəniş üzüklərinin sayı məhduddur. 
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol