• $
  • €
  • ₽
  • ₺
  • £

BirBank vasitəsilə Silahlı Qüvvələrə yardım etmək mümkün oldu

BirBank vasitəsilə Silahlı Qüvvələrə yardım etmək mümkün oldu
05.10.2020 11:30
Son günlər ölkədə müharibə şəraitinin davam etməsi səbəbindən əhali Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edir. Bunu nəzərə alaraq, BirBank mobil tətbiqi, istifadəçilər üçün yeni imkan yaradılıb.
 
Belə ki, Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmək istəyən BirBank istifadəçiləri tətbiqdə olan yeni bölməyə daxil olaraq, kart və ya hesabdan istədikləri məbləği onlayn qaydada fonda köçürə bilərlər. Bundan başqa Kapital Bank filiallarında olan ödəniş terminalları vasitəsilə də Silahlı Qüvvələrə ianə məbləğini köçürmək olar.
 
Qeyd edək ki, bir neçə gün əvvəl BirBank istifadəçiləri üçün daha bir yenilik tətbiq edilib. Artıq istifadəçilər bonus şəklində topladıqları "Ürəklər”ini Yardım Fonduna ianə formasında "xərcləyə” bilərlər. Fondun ianə hesabına 10 000 "Ürək” müqabilində 1 manat, 50 000 "Ürək” müqabilində 5 manat, 100 000 "Ürək” müqabilində isə 10 manat köçürmək olar. Funksiya tətbiq olunan zamandan, 100 000 manatdan artıq vəsait toplanıb və bu məbləğ sürətlə artmaqdadır.
 
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol