• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank Şuşada ilk bankomatını və ödəniş terminalını quraşdırdı

Kapital Bank Şuşada ilk bankomatını və ödəniş terminalını quraşdırdı
29.12.2020 15:16
Müştəri xidməti keyfiyyətinin artırılmasına, bir sıra bank əməliyyatlarının 24/7 rejimində fasiləsiz təqdim edilməsinə böyük önəm verən Kapital Bank, işğaldan azad edilən Şuşa şəhərində daha bir yeniliyi təqdim etdi. Belə ki, Şuşada fəaliyyət göstərən Bolmart marketində Kapital Bank-a məxsus bankomat və ödəniş terminalı quraşdırılıb. 


Bankomatla yanaşı quraşdırılan terminalda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, "Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin Azəriqaz və Azərsu-nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.


Qeyd edək ki, bir neçə gün əvvəl Şuşada olan AzCake mağazasında Kapital Bank-ın POS terminalı quraşdırılıb və mağaza BirKart-ın partnyorları sırasına daxil edilib. Bununla da dövlət tərəfindən mülki əhaliyə Şuşaya getmək imkanı yaradılan kimi, taksit imkanından, "Ürəklər” bonus sistemindən, bankomat və ödəniş terminallarından yararlanmaq mümkün olacaq.  


Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol