• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib

“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib
15.01.2021 13:35
Məlumat verdiyimiz kimi Kapital Bank tərəfindən yaradılan "Qırmızı ürəklər” ("Red Hearts”) Xeyriyyə Fondu mütəmadi olaraq müxtəlif xeyriyyə tədbirləri təşkil edilir. Növbəti tədbir, qürbətdə və Azərbaycanda yaşayan mütəxəssislər qrupundan ibarət "International Community of Azerbaijan”ın təşkilatçılığı ilə 10 yanvar 2021-ci il tarixində olub. "Qarabağın səsi” ("Voice of Karabakh”) adlı onlayn tədbiri keçirməkdə məqsəd, Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardım göstərməkdir.

Proqramda Fidan Hacıyeva, Miri Yusif, Tünzalə, Azad Şabanov, Murad Arif, Mirələm Mirələmov və bir çox başqa istedadlı ifaçılar iştirak edib. Bu tədbir  vasitəsilə gələn bütün ianələr və humanitar yardım "Qırmızı Ürəklər” Xeyriyyə Fondu vasitəsilə aidiyyəti üzrə ünvanlara çatdırılacaq. Tədbirə YouTube kanalında baxmaq mümkündür – https://www.youtube.com/watch?v=fLzcNYYuXt8&feature=youtu.be. İanə etmək istəyənlər videoda qeyd edilən formada və ya BirBank tətbiqinin "Xeyriyyəçilik” bölməsi vasitəsilə həyata keçirə bilərlər.

Qeyd edək ki, "Qırmızı Ürəklər” Xeyriyyə Fondunun yaradılmasında əsas məqsəd cəmiyyətimiz üçün faydalı işlər görməkdir. 2019-cu ilin dekabr ayında yaradılan fondun üzvlərinin əksəriyyəti, Kapital Bank-ın könüllü əməkdaşlarından ibarətdir. Fondun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardım etməkdir.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol