• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank biznesə dəstək olmağa davam edəcək

Yelo Bank biznesə dəstək olmağa davam edəcək
27.01.2021 17:25
Yelo Bank 2020-ci ilin dördüncü rübü üzrə maliyyə göstəricilərini açıqladı.
  
Hesabata əsasən dördüncü rübün sonunda Bankın cəmi aktivləri 390.9 mln manat təşkil edib.
Bankın kredit portfeli 308.3 mln manat təşkil edib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 4 mln. manat artımdan xəbər verir. Keçən ilin eyni dövrü ilə müqayisədə biznes kreditlərinin həcmində 22 mln. AZN və ya 18% artım müşahidə olunub.

Məcmu kapitalın adekvatlıq əmsalı 18.34 %, birinci dərəcəli kapital adekvatlığı əmsalı  isə 16.04 % təşkil edir. Bu da, öz növbəsində, normadan müvafiq olaraq təxminən 2 və 3 dəfə çox olmaqla Bankın möhkəm kapital dayanıqlığını ifadə edir. 

Bank nizamnamə kapitalını 2020-ci ilin üçüncü rübü ilə müqayisədə 5.6% artıraraq 378 mln. manat səviyyəsinə çatdırmışdır.
Bank il ərzində güclü likvidlik mövqeyini qoruyub saxlaya bilmişdir.   

Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov hesabat dövrü üzrə maliyyə nəticələrini şərh edib: "Hazırki dövrdə əsas vəzifəmiz pandemiyanın yaratdığı fəsadları daha tez aradan qaldırmaq üçün müştərilərimizin gözləntilərini və ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaqdır. Bu baxımdan, verdiyimiz biznes kreditləri həcminin artması bizim ölkənin real sektorunun inkişafına dəstəyimizin göstəricisidir. Bank olaraq real sektorun stimullaşdırlmasını bundan sonra da planlı şəkildə davam etdirəcəyik. Sahibkarlar üçün bir çox maraqlı təkliflər hazırlamışıq və il boyunca onlar bu təkliflərdən yararlana biləcəklər.
 
Bununla yanaşı, biz davamlı olaraq yeni texnologiyalara yatırım edir, rəqəmsal məhsullarımızın sayını artırır, filial şəbəkəmizi genişləndirir və yeni konsepsiyamıza uyğun müasirləşirik. Gördüyümüz məqsədyönlü işlərin nəticəsi müştərilərimizin məmnuniyyəti və maliyyə göstəricilərimizdə də öz əksini tapacaq”.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol