• $
  • €
  • ₽
  • ₺
  • £

Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı

Mağazalarda ödəniş üçün daha bank kartlarına  da gərək qalmadı
28.01.2021 15:54
Azərbaycan Beynəlxalq Bankı müştərilərə daha bir imkan yaradıb. Bankın partnyor alış-veriş mərkəzlərindəki yeni nəsil POS terminalları vasitəsilə indi ödənişləri nağd pul və bank kartı olmadan da aparmaq mümkündür. Ödəniş POS terminaldakı QR kod vasitəsilə birbaşa müştərinin hesabından aparılır.
 
Bu imkan Azərbaycan Respublikası Mərkəzi Bankının bir neçə ay əvvəl istifadəyə verdiyi Ani Ödənişlər Sistemi çərçivəsində təmin edilib. Artıq Bakı və Abşeron rayonu üzrə "Neptun” mağazalar şəbəkəsində malların dəyərinin Azərbaycan Beynəlxalq Bankının yeni nəsil POS terminalları ilə rahat və təhlükəsiz şəkildə ödənişi uğurla sınaqdan keçirilib. 

Ödənişlərin POS terminallarda QR kodla aparılması ən müasir nağdsız ödəniş üsullarındandır. Xüsusilə pandemiya dövründə gündəlik ödənişlərin tam təmassız, təhlükəsiz formada həyata keçirilməsi üçün bu, effektiv həlldir. Bu həll ödənişləri qəbul edən sahibkarlar üçün də əlverişli imkanlar yaradır. Belə ki, qəbul edilən ödəniş məbləği real rejimdə təsərrüfat subyektinin bank hesabına köçür. Beləliklə, həmin vəsaitdən dərhal istifadə etmək olur. 

Xatırladaq ki, Mərkəzi Bankın "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində yaratdığı Ani Ödənişlər Sistemi (AÖS) ötən ilin oktyabrından istifadədədir. Bu sistem fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən 24/7 rejimində istifadəçinin mobil telefon nömrəsi, email ünvanı kimi sadələşdirilmiş identifikatorlar vasitəsilə aparılmasına imkan verir. Yeni nəsil POS terminallarda QR kodla ödəniş isə Ani Ödənişlər Sisteminin yeni innovativ həllərindəndir. 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: "Azərbaycan Beynəlxalq Bankı Ani Ödənişlər Sisteminin üstünlüklərindən faydalanaraq müştərilərə yeni nəsil POS terminallarla belə bir imkanı yaradan ilk bankdır. Bu yenilik yüksək müştəri məmnuniyyəti yaradacaq və ölkəmizdə nağdsız ödəniş ənənələrini daha da inkişaf etdirəcək”.  

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol