• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” karantin rejimi müddətində müştərilərinin sorğularını operativ şəkildə cavablandırıb

“Nar” karantin rejimi müddətində müştərilərinin sorğularını operativ şəkildə cavablandırıb
08.02.2021 15:17
Koronavirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq edilən karantin rejimi müddətində "Nar" müxtəlif kanalları vasitəsilə gücləndirilmiş rejimdə abunəçilərinə xidmət göstərib. 2020-ci il ərzində 777 Çağrı Mərkəzinə 2,5 milyondan çox sorğu daxil olub və onlara ortalama 20 saniyə ərzində cavab verilib. Qeyd edək ki, Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 85%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. Abunəçi sorğularının ilk zəngdən həllini tapması üzrə "Nar” Çağrı Mərkəzi 93%-lik yüksək göstəriciyə nail olub.

"Nar+” tətbiqinin onlayn çat xidmətinə 1 il ərzində 195 mindən artıq sorğu daxil olub. Tətbiq bir çox mühüm əməliyyatları saniyələr içində yerinə yetirməklə yanaşı, daxil olan sorğuları dərhal cavablandırır. Bundan başqa "Nar”ın rəsmi "Facebook”, "İnstagram” və "Twitter” səhifələri vasitəsilə 205 mindən çox abunəçinin sorğusuna dərhal cavab verilib. 

Xüsusi karantin rejimində abunəçilərə evlərini tərk etmədən "Nar" mərkəzlərindəki bir çox xidmətləri təqdim edən "Səyyar Nar” vasitəsilə 400-ə yaxın müştəriyə birbaşa ünvanlarında xidmət göstərilib. Qeyd edək ki, abunəçilər evlərini tərk etmədən SIM kartın dəyişdirilməsi, nömrə bərpası əməliyyatları, ASAN İmza xidmətinin aktiv edilməsi və digər xidmətlər üçün "Səyyar Nar”a müraciət edə bilərlər. narsim.az vebsaytı üzərindən isə 7500-də artıq abunəçi almaq istədikləri nömrəni seçib evə çatdırılma xidmətindən yararlanıb. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol