• $
  • €
  • ₽
  • ₺
  • £

TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir

TamKart sahibləri ƏDV faizlərini  30 gün gözləmir
08.03.2021 09:38
Azərbaycan Beynəlxalq Bankının TamKart debet və ya kredit kart məhsuluna sahib olan şəxslər indi böyük bir üstünlük də qazanır. Bankın elan etdiyi yeni kampaniya çərçivəsində TamKart sahiblərinin ƏDV faizlərini geri almaq üçün hər ödənişdən sonra 30 günədək gözləmələrinə gərək yoxdur. Müştəri TamKart sahibi olduqda onun 100 manatadək bütün ödəniş qəbzlərinin ƏDV faizi "ƏDV geri al” kartına dərhal daxil olur. Bunun üçün müştəri sadəcə alış-verişdən sonra ona verilmiş qəbzi https://edvgerial.ibar.az portalında və ya IBA Mobile tətbiqində  oxutmalıdır. 
 
Müştərinin bu kampaniyadan yararlanmaq üçün sadəcə TamKart debet və ya kredit kart sahibi olması yetərlidir. Onun alış-verişlərinə görə ödənişləri TamKartla aparması mühüm deyil. Kampaniya TamKart sahibinin həm müxtəlif kartlarla apardığı nağdsız alış-verişlərin, həm də nağd ödənişlərin ƏDV faizlərinə aiddir. Nağd ödənişlərdə ƏDV faizinin 10%-i, nağdsız ödənişdə isə 15%-i geri qayıdır. TamKartlılar üçün keçirilən bu kampaniya 6 aprel tarixinədək davam edəcək. 

Bu kampaniyadan bütün TamKart sahibləri faydalana bilər. Bunun üçün sadəcə IBA Mobile tətbiqini yükləyərək ƏDV faizlərini bu tətbiq vasitəsilə, yaxud https://edvgerial.ibar.az portalı üzərindən geri almaq lazımdır. Bu vasitələr ƏDV faizlərini geri almağın ən rahat yoludur. Müştəri hər alış-veriş zamanı ona verilmiş kassa qəbzinin üzərindəki QR kodu mobil tətbiqdə oxudur, yaxud fiskal kodu daxil edir. Bunun üçün 90 dəqiqə gözləməyə gərək yoxdur. Qəbzi sistemə dərhal əlavə etmək olar.

Geri qayıdan ƏDV faizləri müştərinin virtual kart hesabında toplanır, ona bu barədə bildiriş gəlir. Kartda toplanmış vəsaitlərlə elə IBA Mobile tətbiqi üzərindən müxtəlif ödənişlər, köçürmələr və başqa əməliyyatlar aparmaq mümkündür.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol