• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi oldu

Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq  turnirin qalibi oldu
13.04.2021 13:13
MDB regionunun maliyyə və sığorta sektorunda fəaliyyət göstərən qurumların təmsilçiləri arasında  keçirilmiş "Finance Chess-2021” beynəlxalq şahmat turniri başa çatıb. Onlayn turnirdə Azərbaycan Beynəlxalq Bankının Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini  Rauf Hacılı, Risklərin idarə edilməsi departamentinin direktor müavini Rəsul Mənsimli və Korporativ biznes departamentinin baş mütəxəssisi Kamran Rəhimli də iştirak edib. 

Beynəlxalq turnirdə Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistandan ümumən 55 komanda yarışıb. Turnurdə Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, SBER, SMP Bank, Qazprombank, Renessans Kredit, RİK, ATON, Nurbank, MAKS kimi tanınmış maliyyə qurumlarının təmsilçiləri rəqabət aparıblar. 

Turnirdə Azərbaycan Beynəlxalq Bankının bütün əməkdaşları öz lövhələri üzrə ilk onluğa düşə biliblər. Risklərin idarə edilməsi departamentinin direktor müavini Rəsul Mənsimli finalda 100 faizli fərdi nəticə ilə bütün rəqiblərini üstələyək "Finance Chess – 2021”in qalibi olub.

 Bankın Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini  Rauf Hacılı isə turnirin sonunda bütün iştirakçıların iştirak etdiyi dostluq qarşılaşmalarında qələbə qazanaraq birinci yerə çıxıb.  

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol