• $
  • €
  • ₽
  • ₺
  • £

ƏDV faizlərini geri alanlar üçün daha bir qazanc fürsəti!

ƏDV faizlərini geri alanlar üçün daha bir qazanc fürsəti!
05.05.2021 15:42
Azərbaycan Beynəlxalq Bankı ƏDV faizlərini IBA Mobile tətbiqi və ya edvgerial.ibar.az portalı vasitəsilə geri alan şəxslər üçün yeni kampaniyaya başlayıb.
Mayın 4-dən ƏDV faizlərini bu vasitələrdən hər hansı biri ilə geri alan ilk 3 min müştərinin ƏDV qazancı 5 AZN-ə çatan kimi əlavə 5 AZN də Azərbaycan Beynəlxalq Bankından hədiyyə gələcək. Kampaniya 4 may tarixindən etibarən "ƏDV geri al” kartını IBA Mobile tətbiqində, yaxud edvgerial.ibar.az portalında ilk dəfə aktiv etmiş müştərilərin həmin tarixdən ilk 5 AZN-ə çatan ƏDV faizlərinə aiddir. Hər müştəri bu kampaniyadan yalnız bir dəfə yararlanır.

Bu kampaniyadan Bankın müştəriləri, həm də müştəri olmayan şəxslər faydalana bilər. Bunun üçün sadəcə IBA Mobile tətbiqini yükləyərək ƏDV faizlərini bu tətbiq vasitəsilə, yaxud edvgerial.ibar.az portalı üzərindən geri almaq lazımdır.

Bu vasitələr ƏDV faizlərini geri almağın ən rahat yoludur. Müştəri hər alış-veriş zamanı ona verilmiş kassa qəbzinin üzərindəki QR kodu mobil tətbiqdə oxudur, yaxud fiskal kodu daxil edir. Bunun üçün 90 dəqiqə gözləməyə gərək yoxdur. Qəbzi sistemə dərhal əlavə etmək olar.

Geri qayıdan ƏDV faizləri müştərinin virtual kart hesabında toplanır, ona bu barədə bildiriş gəlir. Kartda toplanmış vəsaitlərlə elə IBA Mobile tətbiqi üzərindən müxtəlif ödənişlər, köçürmələr və başqa əməliyyatlar aparmaq mümkündür.

Ödənişləri nağdsız qaydada aparmaq "ƏDV geri al”ınmasında da xeyli sərfəlidir. Belə ki, ödəniş nağdsız aparıldıqda müştəri ƏDV faizinin 15%-i, nağd ödənişdə isə 10%-i geri alır. Ona görə də ödənişlərini bank kartları ilə nağdsız aparanlar daha çox ƏDV qazancı əldə edirlər.  Qeyd  edək ki, TamKart sahibləri ƏDV faizlərinin geri qayıtmasını 30 gün gözləmir. Faizlər qəbz oxunduqdan dərhal sonra müştərinin hesabına daxil olur. Kampaniya barədə daha ətraflı məlumatları buradan öyrənə və sayğacı izləyə bilərsiniz.

Azərbaycan Beynəlxalq Bankının müasir, universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.









www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol