• $
  • €
  • ₽
  • ₺
  • £

Elektrik qatarlarında təmassız kartla ilk gediş pulsuz

Elektrik qatarlarında təmassız kartla ilk gediş pulsuz
03.06.2021 16:03
Ölkəmizdə ilk dəfə olaraq Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında  sərnişinlərin gediş haqlarının bank kartları ilə təmassız ödənişinə  başlanması münasibətilə Azərbaycan Beynəlxalq Bankı yeni kampaniya elan edib. Kampaniya çərçivəsində 30 iyul 2021-ci il tarixinə qədər dəmir yolu nəqliyyatında Visa təmassız kartları və ödəniş üzükləri ilə ilk gediş ödənişsiz olacaq. Belə ki, keçid terminallarında Azərbaycan Beynəlxalq Bankının Visa kartları və ödəniş üzükləri ilə aparılmış ilk ödəniş tam şəkildə müştərilərə kəşbək formasında dərhal geri qaytarılacaq. 

Qeyd edək ki, dəmir yollarında gediş haqlarının bank kartları ilə təmassız ödənişi layihəsi "Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı arasında 2020-ci ilin mart ayında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icra olunur. Memorandum dəmir yollarında təmassız ödənişlərin inkişafına və ümumiyyətlə, nəqliyyat sektorunda nağdsız əməliyyatların genişləndirilməsinə yönəlmiş bir sıra tədbirləri nəzərdə tutur.

Azərbaycan Beynəlxalq Bankının təmassız kartları və ödəniş üzükləri ilə Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında ödənişlər aparmaq olar. Layihənin bu mərhələsində bu sistemdən bütün bankların təmassız ödəniş kartları vasitəsilə istifadə mümkündür. 

Azərbaycan Beynəlxalq Bankının müasir, universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.











www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol