• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Ukrayna dəmir yollarına dizel yanacağı tədarük edəcək

SOCAR Ukrayna dəmir yollarına dizel yanacağı tədarük edəcək
02.07.2021 13:47
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə "SOCAR Energy Ukraine” şirkəti bu ölkənin dəmir yolları üçün dizel yanacağının alınması ilə bağlı müqavilə imzalayıb.

Anews.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "A-95” Konsaltinq Qrupunun hesabatında deyilir.
Məlumata görə, "Ukrayna Dəmir Yolları”nın İstehsalın Təminatı Mərkəzi iyulun 1-də çərçivə müqaviləsinə əsasən 15 min ton dizel yanacağının alınması ilə bağlı tender elan edib.

Belə ki, dəmir yolu müəssisəsi 5 tender keçirəcək və bu tenderin hər birində 3 min ton dizel yanacağının tədarük edilməsi nəzərdə tutulur. Resursun təxmini marjinal dəyəri hər ton üçün 28 min 824,22 qrivna səviyyəsində müəyyən edilib.

Konsaltinq qrupunun məlumatına görə, iyulun 1-də 2021-ci il ərzində 200 min ton dizel yanacağının tədarükü ilə bağlı çərçivə müqaviləsi OKKO, "Torum”, "Gastream”, "Aliance Erergo Trade”, "Oil Trade 2018”, "Levane Torg”, "Martine Trade” və "SOCAR Ukraine” şirkətləri ilə imzalanıb.
 "Ukrayna Dəmir Yolları” ("Ukrzaliznitsya”) Ukraynada ən iri dizel yanacağı istehlak edən müəssisədir. Müəssisənin illik istehlakı 300-350 min ton təşkil edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol