• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank Gəncədə “Açıq kitabxana”lar quraşdırdı - FOTOLAR

Kapital Bank Gəncədə “Açıq kitabxana”lar quraşdırdı - FOTOLAR
15.09.2021 10:43
Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, 15 sentyabr – Bilik günü ərəfəsində Gəncə şəhərində növbəti sosial aksiyanı həyata keçirib.

Aksiya çərçivəsində Gəncə şəhəri Heydər Əliyev Park-Kompleksində və Xan Bağında açıq kitabxana quraşdırıb.

Qeyd olunan açıq kitabxanalardan hər bir insan sərbəst şəkildə yararlana, zövqünə uyğun kitabı ödənişsiz götürə bilər. Həmçinin, təşəbbüsə dəstək göstərmək istəyən şəxslərin istənilən mövzuda kitabları digərlərinin faydalanması üçün kitabxanalara bağışlamaq imkanı var. 

Açılış mərasimində rəflərdə olan kitablar Kapital Bank-ın əməkdaşları və "Qırmızı Ürəklər” xeyriyyə fondunun könüllüləri tərəfindən hədiyyə edilib. Kitablar arasında həm bədii, həm də peşəkar ədəbiyyata rast gəlmək olar. Kitabxanada azərbaycan, türk, rus və ingilis dilində kitablar mövcuddur. Tədbir Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Dram teatrının dəstəyi ilə keçirilib.

2021-ci il ölkə başçısı tərəfindən "Nizami ili” elan olunub. Həmçinin, bu il dahi mütəfəkkirin 880 illik yubileyi qeyd olunur. Tədbirin Gəncədə təşkil olunması 2021-ci il üçün nəzərdə tutulan tədbirlərə töhfə vermək məqsədini daşıyır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol