• $
  • €
  • ₽
  • ₺
  • £

“Açıq mikrofon” aksiyası bu dəfə Sabirabadda - FOTOLAR

“Açıq mikrofon” aksiyası bu dəfə Sabirabadda - FOTOLAR
23.09.2021 17:38
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin sayca 16-cı "Açıq mikrofon" aksiyası bu dəfə Sabirabad rayonunun Əliləmbəyli kəndində baş tutub.
 
"Azəriqaz”-ın mətbuat xidmətindən verilən məlumata görə, sakinlərin qaz təchizatı ilə bağlı üzləşdikləri problemləri dinləmək üçün "Səyyar qəbul otağı" onların ixtiyarında olub.
 
Kəndin sakinləri "Səyyar qəbul otağı"nın imkanlarından istifadə edərək problem və təkliflərini açıq şəkildə səsləndiriblər. Sakinlər alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu bildirərək təbii qazla təmin olunmalarını xahiş ediblər.
 
Aksiyaya rayonun millət vəkili Ramin Məmmədov və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının müavini Həsən Həsənov da qatılıb. Onlar da kənddə təbii qazın olmaması səbəbindən yerli sakinlərin qarşılaşdıqları çətinliklərdən söz açıblar. Səsləndirilən problem və təkliflər İstehsalat Birliyinin rəhbərliyinə çatdırılacaq və müvafiq qərar veriləcək.
 
İndiyə qədər təşkil olunan 15 aksiyanın ikisi tərəvəz istehsalı ilə məşğul olan istixana sahibləri ilə, digər 13-ü isə Bakı və Bakıətrafı qəsəbələrdə, həmçinin ayrı-ayrı regionlarda vətəndaşların iştirakı ilə keçirilib. Təşkil olunan aksiyaların hər biri müsbət istiqamətdə həllini tapıb. "Səyyar qəbul otaqları” mütəmadi olaraq təşkil olunacaq, problemlərin operativ həllinə xidmət edəcək.










www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
İqtisadiyyat 09:17
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol