• $
  • €
  • ₽
  • ₺
  • £

500 manatlıq xatirə pul nişanları dövriyyəyə buraxıldı - Fotolar

500 manatlıq xatirə pul nişanları dövriyyəyə buraxıldı - Fotolar
04.11.2021 20:17
Zəfərin ildönümü münasibətilə tədavülə buraxılan xatirə pul nişanlarının Mərkəzi Bankda təqdimat mərasimi keçirilib.

Anews.az  xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, Zəfər tarixini əbədiləşdirmək üçün Azərbaycan Mərkəzi Bankı 500 manat nominallı "ZƏFƏR” xatirə banknotunun, qızıl və gümüşdən hazırlanmış "Zəfər” xatirə monetasının, eləcə də, düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixi-mədəni irsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə "Şuşa” şəhərinə, "Cəbrayıl”, "Qubadlı”, "Ağdam”, "Zəngilan”, "Füzuli”, "Laçın”, "Kəlbəcər”, "Xocavənd” rayonlarına və "Suqovuşan” qəsəbəsinə həsr olunan gümüş xatirə sikkələrinin tədavülə buraxılmasını elan edir.

Qeyd olunub ki, xatirə banknotu üzərində əsas dizayn elementləri kimi Azərbaycan Respublikası Prezidentinin "Qarabağ Azərbaycandır!” ifadəsi, ölkəmizin tarixi-mədəni irs nümunəsi olan Molla Pənah Vaqifin məqbərəsi, qədim memarlıq nümunəsi olan Xudafərin körpüsünün, Əsgəran qalasının təsvirləri, eləcə də, "8 Noyabr Zəfər Günü” sözləri, qələbəmizin simvoluna çevrilmiş Xarıbülbül, şəhid və qazi qanının təcəssümü olan qırmızı lalələr, yenilməz Azərbaycan əsgərləri, üçrəngli bayrağımızın təsvirləri əks olunub.
 


















www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol