• $
  • €
  • ₽
  • ₺
  • £

“The Banker” ABB-ni “İlin bankı” elan etdi!

“The Banker” ABB-ni “İlin bankı” elan etdi!
03.12.2021 17:02
Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan "The Banker” jurnalı ABB-ni ölkə üzrə "İlin bankı” elan edib. Jurnalın bununla bağlı yaydığı açıqlamada ABB-nin belə yüksək mükafata layiq görülməsi Bankın pandemiya dövründə sürətlə dəyişən biznes mühitinə çevik uyğunlaşa bilməsi və sağlam maliyyə vəziyyəti ilə izah olunur. Qeyd edilir ki, COVİD-19 pandemiyası və aşağı neft qiymətləri Azərbaycan iqtisadiyyatına ziyanlı təsirlər yaratsa da, dövlətin iqtisadiyyata effektiv dəstək tədbirləri bu təsirləri minimallaşdırıb. Son iki ildə də ölkənin iqtisadi inkişafı təmin edilib. 

 "İlin bankı” mükafatını qazanmış ABB isə iqtisadiyyatın bərpası prosesində adekvat mövqe tutub. Dəyişən vəziyyətdə düzgün davranaraq gəlirliliyini qoruya bilib və kapital mövqeyini gücləndirib. 

Bank eyni zamanda cəmiyyətin inkişafını dəstəkləyən maraqlı sosial layihələrini davam etdirib. "The Banker” jurnalının açıqlamasında ABB-nin 2019-cu ilin sonunda yaratdığı ABB Tech Akademiyasının fəaliyyətinə xüsusi diqqət yönəlib. Qeyd edilib ki, indiyə qədər informasiya texnologiyaları sahəsində 300-dən çox peşəkar mütəxəssisin yetişdiyi bu akademiyanın fəaliyyəti ölkənin əmək bazarına böyük töhfə verir.

Jurnal ABB-nin Mərkəzi Bank, Azərbaycan Dəmir Yolları və Visa beynəlxalq ödəniş təşkilatı ilə birgə ilk dəfə ölkəmizin dəmiryolu şəbəkəsində təmassız gediş haqqı imkanını təqdim etməsini də xatırladıb. Bunun Azərbaycanda nağdsız ödəniş ənənələrinin genişlənməsi, xüsusilə nəqliyyat sektorunda təmassız ödənişlərin inkişafı baxımından mühüm addım olduğu bildirilib. ABB-nin müştərilərə beynəlxalq standartlara uyğun yeni əməliyyat imkanları yaradan Swift gpi sistemini öz rəqəmsal kanallarında Azərbaycanda təqdim etmiş ilk maliyyə qurumu olması da "The Banker”in açıqlamasında xüsusi vurğulanıb.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "İlin bankı” mükafatına layiq görülməyimiz ABB-nin 30 illiyi ərəfəsində müştərilərimizə, tərəfdaşlarımıza xoş bir xəbərdir. Bu, ABB-nin nailiyyətlərinə verilmiş obyektiv qiymətdir. Həyata keçirdiyimiz strateji inkişaf layihələrinə beynəlxalq maliyyə dairələrində də maraq göstərilir və nəticələrimiz yüksək dəyərləndirilir”.   

2021-ci il üzrə "İlin bankı” adına layiq görülmüş banklarla buradan tanış olmaq mümkündür. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
İqtisadiyyat 16:24
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
İqtisadiyyat 16:00
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
ABB ölkəmizdə insan kapitalını araşdırdı
İqtisadiyyat 12:52
ABB ölkəmizdə insan kapitalını araşdırdı
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
İqtisadiyyat 12:49
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
İqtisadiyyat 12:35
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
İqtisadiyyat 12:31
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
Mərkəzi Bank 2027-ci ildə qeyri-neft ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır
İqtisadiyyat 12:28
Mərkəzi Bank 2027-ci ildə qeyri-neft ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır
Nazir: vergi islahatları ilə bağlı gözləntilərimiz özünü doğruldub
İqtisadiyyat 12:21
Nazir: vergi islahatları ilə bağlı gözləntilərimiz özünü doğruldub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol