• $
  • €
  • ₽
  • ₺
  • £

Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb

Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
16.11.2026 12:31

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda bank sektorunun ümumi kredit portfeli 14 faiz, biznes kreditləri isə 17,1 faiz artıb. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin sonu ilə müqayisədə həm ümumi kredit portfeli, həm də biznes kreditlərinin həcmi iki dəfə artıb.

Kazımov qeyd edib ki, hesabat dövründə bank sektorunda dayanıqlılıq göstəriciləri də qənaətbəxş olub. Belə ki, məcmu kapital adekvatlığı 16,5 faiz, likvidliyin örtülməsi əmsalı 153 faiz təşkil edib. Bu əmsal üzrə normativ göstərici 100 faizdir.

“Likvidlik örtülməsi əmsalı 153 faiz səviyyəsində qərarlaşmışdır (norma 100 faiz olduğu şəraitdə). Kredit portfelinin keyfiyyəti isə 2,7 faiz səviyyəsində olmuşdur. Bu da kifayət qədər qənaətbəxş nəticədir”, – Mərkəzi Bankın sədri bildirib.

O əlavə edib ki, fiziki şəxslərin əmanətləri 10 ayda 14,6 faiz, müddətli əmanətlər isə 16,4 faiz artıb.

Kazımovun sözlərinə görə, 2021-ci illə müqayisədə fiziki şəxslərin əmanətlərinin həcmi və unikal əmanətçilərin sayı iki dəfə yüksəlib.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
İqtisadiyyat 12:35
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
Mərkəzi Bank 2027-ci ildə qeyri-neft ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır
İqtisadiyyat 12:28
Mərkəzi Bank 2027-ci ildə qeyri-neft ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır
Nazir: vergi islahatları ilə bağlı gözləntilərimiz özünü doğruldub
İqtisadiyyat 12:21
Nazir: vergi islahatları ilə bağlı gözləntilərimiz özünü doğruldub
Nazir: Sənaye zonalarının qeyri-neft-qaz sənayesi ixracında payı 23 faizi ötüb
İqtisadiyyat 12:15
Nazir: Sənaye zonalarının qeyri-neft-qaz sənayesi ixracında payı 23 faizi ötüb
Cabbarov: ÜDM-in artımı 10 ayda tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin olunub
İqtisadiyyat 12:09
Cabbarov: ÜDM-in artımı 10 ayda tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin olunub
Nazir - Qarşısında duran vəzifələr borclanmadan icra edilib
İqtisadiyyat 12:02
Nazir - Qarşısında duran vəzifələr borclanmadan icra edilib
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil
Siyasət 11:49
Komitə sədri - az xərcləmək səmərəli xərcləmək demək deyil
Azərbaycandan keçən nəqliyyat dəhlizləri ilə 9 ayda 25,9 milyon ton yük daşınıb
İqtisadiyyat 10:05
Azərbaycandan keçən nəqliyyat dəhlizləri ilə 9 ayda 25,9 milyon ton yük daşınıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol