Nazir - Qarşısında duran vəzifələr borclanmadan icra edilib

Azərbaycan qarşısında duran tarixi vəzifələr, o cümlədən müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və sosial paketlərin icrası borclanmaya müraciət edilmədən, ölkənin öz resursları hesabına həyata keçirilib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov 2027-ci ilin büdcə müzakirələri zamanı bildirib.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə əldə olunmuş iqtisadi nəticələr ölkəmiz qarşısında duran tarixi vəzifələrin həllinə yönəldilib. Müdafiə qabiliyyətimiz gücləndirilib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb, böyük miqyaslı sosial paketlər reallaşıb və əhalinin rifahı yüksəlib. Ən mühüm məqam ondan ibarətdir ki, bu vəzifələr borclanmaya müraciət edilmədən, ölkənin öz resursları hesabına həyata keçirilib”, - nazir qeyd edib.

























