• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika 10 milyon manat məbləğində istiqraz buraxdı

Bank Respublika 10 milyon manat məbləğində istiqraz buraxdı
17.12.2021 12:01
16 dekabr tarixində Bakı Fond Birjasında "Bank Respublika" ASC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə "Açılış Zəngi” mərasimi keçirilmişdir.

Hərrac zamanı Bank Respublikanın emissiya etdiyi istiqrazlara investorlar tərəfindən göstərilən böyük maraq müşahidə olunub və keçirilmiş hərracda tələb təklifi 30% üstələyərək 12 milyon 980 min manat təşkil etmişdir. Bu isə öz növbəsində Bankın şəffaf iş prinsipi o cümlədən bazarda qazandığı inam və etimadın göstəricisidir.

Hərrac zamanı investorlar öz sifarişlərini qarantiya etmək məqsədi ilə istiqrazın alışı üçün onun nominal qiymətindən yuxarı təkliflər də irəli sürmüşdürlər və nəticədə istiqrazlar üzrə orta ölçülmüş gəlirlilik 8,3 faiz təşkil etmişdir, istiqrazın orta ölçülmüş qiyməti isə 1000 AZN (kupon 8,5%) məbləğində müəyyən edilmişdir.

İstiqrazdan əldə olunan vəsaitlər ölkənin real sektorunun inkişafı və Bankın əsas fəaliyyəti ilə bağlı digər layihələrin maliyyələşdirilməsi istiqamətində istifadə ediləcək.

Bank Respublika 30 illik uğurlu fəaliyyəti ərzində müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk beşlikdə möhkəmlənmişdir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.

Daha ətraflı məlumatı "Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən və yaxud 144 – Çağrı Mərkəzinə zəng edərək əldə etmək mümkündür. 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol