• $
  • €
  • ₽
  • ₺
  • £

Banklar dolların alış qiymətini qaldırıb? - Ekspertlərin RƏYİ

Banklar dolların alış qiymətini qaldırıb? - Ekspertlərin RƏYİ
12.01.2022 12:34
Azərbaycanda bankların ABŞ dollarının alış qiymətini qaldırdığı iddia edilir, bu barədə iqtisadçı ekspert Samir Əliyev feysbuk profilində paylaşım edib. Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə Anews.az-a açıqlamasında bildirib ki, dolların qiymətində ciddi fərq yoxdur, çox cüzi artım müşahidə edilir. 
 
Samir Əliyevin feysbuk hesabında səsləndirdiyi fikirlərə görə, alış qiyməti Mərkəzi Bankın rəsmi məzənnəsi ilə eynidir, dolların satışı bahalaşmayıb.

"FED-in gözlənilən qərarı ilə əlaqəli deyil. İlin sonu olanda banklarda və əhalidə özünüqoruma instikti yaranır. Amma indi ilin əvvəlidir. Araşdırmaq lazımdır” – deyə ekspert bildirib.
 
Ekspert Əkrəm Həsənov bildirdi ki, hazırda Azərbaycan Mərkəzi Bankında dolların məzənnəsi 1.70 manatdır. 

"Bankların məzənnəsi bu göstəricidən fərqlənə bilər. Əvvəllər Azərbaycan Mərkəzi Bankı dolların qiyməti ilə bağlı məhdudiyyət tətbiq etmişdi. Həmin məhdudiyyətlərə görə, digər banklarda məzənnə yalnız 2 faiz fərqlənə bilərdi, daha sonra rəqəmi 4 faizə qaldırdılar. Hazırda isə Mərkəzi bank bu mövzuda heç bir Azərbaycan bankına məhdudiyyət tətbiq etmir. Bu o deməkdir ki, banklar gedib Mərkəzi Bankdan 1.7 manata alır, özləri isə istənilən qiymətə sata bilər. Sadəcə banklar öz aralarında daimi rəqabətdə olduqlarına görə qiymətləri çox artıra bilmir, bir-birilərinə yaxın qiymət təyin edirlər", - deyə o vurğuladı. 
 
Həsənov söylədi ki, Mərkəzi Bank az dollar satarsa, məzənnə qalxa bilər.
 
"Hazırki durumda Mərkəzi Bankda belə hal müşahidə edilmir. Düzdür, 2 ildir ki, dollar alışına Azərbaycanda nisbətən məhdudiyyət var və hər vətəndaşa 20 min manatlıq limit qoyulub. Bunun  özü qanunsuzdur və ondan xəbər verir ki, manatın məzənnəsi ilə bağlı problem var. Bu problem ilə əlaqədar qanunsuz mexanizm irəli sürərək valyuta ehtiyatını qorumaq istəyirlər və faktiki olaraq bu məzənnəni sabit saxlamağa kömək olur. Qaldı ki, artım məsələsinə heç bir ciddi problem yoxdur. Bu cüzi artım  heç nədən xəbər vermir, narahat olmaq lazım deyil", - deyə Əkrəm Həsənov əlavə etdi. 

Mərkəzi Bankın bu günə olan məzənnəsində 1 ABŞ dolları 1.7000 Azərbaycan manatına bərabər göstərilir.
 
Ləman Qasımova
www.anews.az
Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
İqtisadiyyat 09:17
Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol