• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank “Baku International HR Forum”da iki mükafata layiq görülüb

Kapital Bank “Baku International HR Forum”da iki mükafata layiq görülüb
01.02.2022 10:46
28 yanvar 2022-ci il tarixində "Baku Marriott Hotel Boulevard”da növbəti "Baku International HR Forum” keçirilib. Kapital Bank-ın baş sponsorluğu ilə keçirilən tədbirdə ölkənin ən qabaqcıl şirkətləri və insan resursları sahəsində olan peşəkar menecerlər iştirak edib. 


Forum zamanı əsasən 3 mövzu ətrafında müxtəlif fikir mübadilələri aparılıb: "İnsan kapitalının inkişafı”, "Gələcək innovasiyalar” və "CEO-ların HR-dan gözləntiləri”. Tədbirdə Kapital Bank-ın İdarə Heyəti sədrinin 1-ci müavini Fərid Hüseynov və İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova əsas spiker qismində çıxış edərək öz təcrübələri ilə bölüşüblər, həmçinin iştirakçıları maraqlandıran sualları cavablandırıblar. 


Tədbirin sonunda ölkənin bir sıra iri şirkətləri xüsusi mükafatlara layiq görülüb. Kapital Bank da 2 nominasiya üzrə - "Ən yaxşı transformasiya strategiyası” və "Ən yaxşı KSM strategiyası” ("Qırmızı Ürəklər” Fondu) xüsusi mükafat alıb. 


"Baku International HR Forum” insan resursları sahəsinin təsir gücünə malik peşəkar nümayəndələri bir araya gətirərək, bu sahədə dünyada tətbiq olunan yeniliklər, müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən bir qlobal forumdur. Tədbirin təşkilatçısı Azərbaycan İnsan Resursları İnstitutudur.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol