• $
  • €
  • ₽
  • ₺
  • £

ABB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə İKT təhsili üzrə layihəyə başlayır

ABB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə  birgə İKT təhsili üzrə layihəyə başlayır
03.03.2022 15:26
ABB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə yeni layihəyə start verir. Məqsəd ölkəmizdə insan kapitalının inkişafına dəstəkdir. Layihə çərçivəsində əmək bazarı üçün peşəkar İKT mütəxəssisləri hazırlanacaq. Ali təhsil müəssisələrinin tələbə və məzunlarına proqramlaşdırma, proqram təminatı, dizayn və s. sahələrdə bilik və bacarıqlara yiyələnmək üçün şərait yaradılacaq. Sırf bu əməkdaşlıq çərçivəsində 2022-ci ildə müvafiq istiqamətlər üzrə 200 məzunun hazırlanması nəzərdə tutulur. Bundan başqa, ABB və nazirliyin birgə təşkilatçılığı əsasında ideya marafonu, inkubasiya və akselerasiya proqramları həyata keçiriləcək. Birgə tədbirlərin reallaşdırılmasında Bankın ABB Tech Akademiyasının və ABB İnnovasiya Mərkəzinin imkanlarından geniş istifadə ediləcək. Belə ki, ABB Tech Akademiyasının yaxın günlərdə elan edəcəyi növbəti proqramlarda təqaüdlü təhsil imkanı yaradılacaq. 

Sözügedən layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2021-ci ildə təqdim etdiyi "Technest” Təqaüd Proqramı çərçivəsində yerinə yetirilir. Bu proqramın əsas məqsədi İKT sahəsində əmək bazarının tələblərinə uyğun yetkin, yenilikçi və sahibkar təfəkkürünə malik insanların sosial icmasını formalaşdırmaqdır. Proqram çərçivəsində hazırda 500-dək gənc və yeniyetmə təqaüd əsasında təhsil alır. Onlardan 120 nəfəri məktəblidir. 

ABB də ölkəmizdə informasiya texnologiyaları üzrə peşəkar mütəxəssislərin hazırlanmasına, startap ekosisteminin inkişafına fəal dəstək verir. Bankın ABB Tech Akademiyası, ABB İnnovasiya Mərkəzi bir neçə ildir ki fəaliyyətdədir. ABB və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təhsil sahəsindəki əməkdaşlığı ölkədə innovasiya ekosisteminin inkişafına, innovativ məhsul və xidmətlərin yaranmasına əhəmiyyətli töhfələr verəcək.







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol