• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Novruz bayramını azad edilmiş ərazilərdə əsgərlərlə qeyd etdi

“Nar” Novruz bayramını azad edilmiş ərazilərdə əsgərlərlə qeyd  etdi
15.03.2022 15:16
"Nar” Novruz bayramı ərəfəsində Azərbaycan Ordusuna mənəvi dəstək məqsədilə işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrdən birini ziyarət edib. Müdafiə Nazirliyinin dəstəyi ilə mobil operator qalib Azərbaycan Ordusunun əsgərləri ilə görüşüb və Novruz çərşənbəsini onlarla birgə qeyd edib. "Nar” azad edilmiş ərazilərdə yerləşən bir neçə hərbi hissəyə müxtəlif hədiyyələr təqdim edib. Məqsəd Vətən keşiyində duran Ordumuzun əsgərlərinə olan ehtiramı bildirmək və onlara mənəvi dəstək göstərməkdir.

"Nar”ın mətbuat xidmətinin rəhbəri Əziz Axundovun sözlərinə görə, "Nar” vətənpərvərlik mövzusuna xüsusi həssas yanaşır: "Novruz bayramını Milli Ordunun əsgərləri ilə birlikdə qeyd etmək artıq "Nar” üçün ənənəyə çevrilib. Çox qürurluyuq ki, bu əziz bayramı işğaldan azad edilmiş ərazilərimizdə qeyd edə bilirik. Bu qüruru bizə bəxş edən Milli Orduya mənəvi dəstək olmağı özümüzə borc bilirik”.
 
Bayram tədbiri tonqallar ətrafında, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin konsert proqramı ilə davam edib.
 
Qeyd edək ki, əsgərlərlə görüşdən hazırlanan videoya aşağıdakı keçidə daxil olmaqla baxmaq olar: https://www.youtube.com/watch?v=uF7Cmzx7k5E


"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
 
"Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8800-
dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.






www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol