• $
  • €
  • ₽
  • ₺
  • £

“Kapital Bank” sahibkarlara təcili ödənişlər funksiyasını təqdim edir

“Kapital Bank” sahibkarlara təcili ödənişlər funksiyasını təqdim edir
11.04.2022 10:52
"Kapital Bank” hüquqi şəxslərə və fərdi sahibkarlara yeni təcili ödənişlər xidmətini təqdim edir. Bankdan "APA-Economics”ə verilən məlumata görə, xidmətdən yararlanmaq üçün "Müştəri Bank”da qeydiyyatdan keçmək lazımdır.

Yeni funksiya vasitəsilə "Müştəri Bank”da artıq təcili köçürmələri həyata keçirmək mümkündür. Təcili olması ilə seçilən ödənişlər müştəri tərəfindən təsdiqləndikdən sonra bank tərəfindən prioritet verilərək ən sürətli köçürmə kanalı vasitəsilə qarşı tərəfə köçürüləcək.

Yeni imkanın özəlliyi sahibkarlara işin çox olduğu vaxtda, təcili işgüzar sövdələşmələri maneəsiz və heç kimə müraciət etmədən çevik həll etməkdə şərait yaradacaq. Sahibkarlar "Müştəri Bank” ilə digər əməliyyatlar kimi təcili köçürmə əməliyyatını da rahatlıqla onlayn həyata keçirə biləcəklər.

Qeyd edək ki, "Müştəri Bank” vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.

"Müştəri Bank” sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login inkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, "Müştəri Bank” sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol