• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi- FOTOLAR

Kapital Bank əməkdaşları ağacəkmə aksiyasında iştirak etdi- FOTOLAR
12.04.2022 10:19
11 aprel 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə ağacəkmə aksiyası keçirildi. Təşəbbüs çərçivəsində Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən 51 hektar ərazidə ölkə banklarının əməkdaşlarının iştirakı ilə müxtəlif ağaclar əkildi. 

Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ABA-nın prezidenti Zakir Nuriyev, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Yaşar Məmmədov, bankın əməkdaşları və digər rəsmi şəxslər iştirak edirdi. Aksiya çərçivəsində ağacların əkilməsi ilə yanaşı, həmçinin damcılı suvarma sisteminin qurulması işləri də həyata keçirilib.

Bu tədbir Azərbaycan Banklar Assosiasiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində imzalanan anlaşma memoranduma əsasən baş tutub.

Qeyd edək ki, Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq ölkə üzrə müxtəlif ağacəkmə aksiyalarına dəstək göstərir. Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə işğaldan azad olunan Zəngilan rayonunda "Zəfərdən Dirçəlişə” adlı aksiyada da iştirak edib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.








www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol