• $
  • €
  • ₽
  • ₺
  • £

ABB regionlarda rəqəmsal biznes təlimlərinə başladı

ABB regionlarda rəqəmsal biznes təlimlərinə başladı
17.05.2022 10:25
ABB regionlarda fəaliyyət göstərən və Sahibkarlar Klubuna üzv olan iş adamları üçün təlimlərə başlayıb. 13-14 may tarixlərində Şəkidə keçirilən təlimlərə KOBİA və ABB Tech Akademiyası da dəstək verib. Tədbirə Şəki – Zaqatala iqtisadi rayonundan olan 40-a yaxın iştirakçı qatılıb. Burada onlara elektron ticarət haqqında məlumat verilib. Müxtəlif kanallarla onlayn satışın yolları öyrədilib. Rəqəmsal biznes, PR və s. bu kimi gərəkli fəaliyyətlər haqqında təqdimatlar olub. İştirakçılar bu istamətlərdə bilik və bacarıqlarını artırmaqla yanaşı, yeni tərəfdaşlıqlar yaratmaq imkanı da qazanıblar. "Sahibkarlar Klubu” təlimlərinin silsiləvi şəkildə digər iqtisadi zonalarda da təşkili planlaşdırılır.

ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib: "Kiçik və orta sahibkarlarla tərəfdaşlıq ABB üçün prioritetdir. Biznes layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, biz onlara başqa sahələrdə də dəstək olmağa çalışırıq. Biznesdə rəqəmsal imkanlardan istifadə ilə bağlı təlimlərimiz, ümid edirik ki, fayda verəcək”.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol