• $
  • €
  • ₽
  • ₺
  • £

Neft-qaz sahəsinə yatırılmış investisiyaların həcmi azalıb

Neft-qaz sahəsinə yatırılmış investisiyaların həcmi azalıb
17.05.2022 12:08
2022-ci ilin 4 ayında Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 29,9% azalıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 
 
Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17,9%  artıb.
 
2022-ci ilin yanvar-aprelində əsas kapitala 3678,0 milyon manat məbləğində vəsait yönəldilib. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3% azdır. İstifadə olunmuş vəsaitin 2077,5 milyon manatı və ya 56,5 %-i məhsul istehsalı sahələrinə, 1370,3 milyon manatı xidmət sahələrinə, 230,2 milyon manatı isə yaşayış evlərinin tikintisinə sərf olunub.
 
Əsas kapitala yönəldilmiş vəsaitlərin 2689,6 milyon manatını və ya 73,1%-ni daxili vəsaitlər təşkil edib.
 
Əsas kapitala yönəldilmiş vəsaitlərin 2725,4 milyon manatı  bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8%, büdcə vəsaitləri 34,0%, əhalinin şəxsi vəsaitləri 7,4%, sair vəsaitlər 4,2%, bank kreditləri isə 1,6% təşkil edib.
 
Ləman Qasımova


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş yenidən bahalaşır
İqtisadiyyat 10:20
Qızıl və gümüş yenidən bahalaşır
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
İqtisadiyyat 09:36
Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 09:27
“Brent” neft ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq
İqtisadiyyat 07:41
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq
ABŞ-ın iri banklarının müştəriləri xidmətlərdə texniki nasazlıqlarla üzləşiblər
İqtisadiyyat 07:34
ABŞ-ın iri banklarının müştəriləri xidmətlərdə texniki nasazlıqlarla üzləşiblər
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
İqtisadiyyat 16:24
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
İqtisadiyyat 16:00
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol