Bu şəxslər tərəfindən 166,7 mln. manat xərclənib - STATİSTİKA

2022-ci ilin 4 ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 166,7 mln. manat xərclənib. Bu da 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 92% və ya 79,8 mln. manat çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu ilin aprel satışlarının dəyəri isə mart göstəricisi ilə müqayisədə 9,1% azalaraq 41,1 mln. manat təşkil edib.
2021-ci il yanvar-aprelində istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 86,9 mln. manat xərcləyib. Bu rəqəm 2020-ci il analoji dövrü ilə müqayisədə 3,2% və ya 2,7 mln. manat artıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 07:41
Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq

İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub






















