• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank şəhid və qazi övladları üçün bayram tədbiri təşkil etdi

Kapital Bank şəhid və qazi övladları üçün bayram tədbiri təşkil etdi
01.06.2022 10:06
Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində "Onlar bizə əmanətdir” adlı layihə təşkil etdi. Layihə çərçivəsində Şamaxı və Mingəçevirdən olan 40-dan artıq şəhid və qazi övladları üçün müxtəlif ustad dərsləri keçirildi. Hər iki regionda olan tədbir "YAŞA” Mərkəzlərində baş tutdu.
 
Ustad dərsləri zamanı dənli bitkilərdən kompozisiya, muncuqlardan ibarət müxtəlif əl işləri hazırlandı və rəsm dərnəyi təşkil edildi. Tədbir zamanı uşaqlarla birgə mərkəzlərin üzvləri olan təqaüdçülər də iştirak edib, uşaqlara dəstək göstərdilər. Layihənin yekununda iştirakçılara düzəltdikləri kompozisiyalar, müxtəlif hədiyyələr, həmçinin "Optimal” mağazalar şəbəkəsindən hədiyyə kuponları təqdim edildi. 
 
"YAŞA” Mərkəzi Bakıda (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi 1), Şamaxıda (Şamaxı şəhəri, Azadlıq küçəsi 1) və Mingəçevirdə (Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 19) fəaliyyət göstərir. Mərkəzin hazırda 6000 –ə yaxın fəal üzvü var və hər layihə üzrə 120-150 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0555165002, 0557042018  nömrələrinə və ya https://www.facebook.com/uchuncubahar, https://www.instagram.com/uchuncu.bahar/ sosial media hesablarına müraciət etmək olar.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.








www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol