• $
  • €
  • ₽
  • ₺
  • £

ARDNF-dən büdcəyə transfert proqnozlaşdırılandan az olub - RƏSMİ

ARDNF-dən büdcəyə transfert proqnozlaşdırılandan az olub - RƏSMİ
15.08.2022 10:28
2022-ci ilin 6 ayında dövlət büdcəsinin əsas gəlir mənbələrindən hesab edilən Dövlət Neft Fondundan ( DNF) transfertləri 73,1% icra edilib, bu mənbədən dövlət büdcəsinə 4648,0 milyon manat vəsait daxil olub. Bununla bağlı məlumat  Hesablama Palatasının "2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.
 
2021-ci il yanvar-iyununda isə  Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri iyunun 30-na 1,24% - $44 milyard 104,9 milyona qədər artmışdı. 
 
"Dövlət büdcəsinə DNF transfertləri nəzərdə tutulduğundan az icra edilmiş, valyutaya azalan tələb fonunda AMB valyuta bazarına alışyönlü müdaxiləni həyata keçirmişdir. Həm valyuta bazarında valyutaya tələbin yüksək olmaması, həm də vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika DNF aktivlərindən qənaətlə istifadəyə imkan yaradıb"- qurumun məlumatında qeyd olunub.
 
Cari ilin yanvar-iyun ayları ərzində DNF aCari ilin yanvar-iyununda DNF aktivləri 282 mln. ABŞ dolları artaraq 45306,8 mln. ABŞ dollarına yüksəlib. Tələbin azalması fonunda AMB bazara alışyönlü müdaxilələr edib, cari ildə valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə 297 milyon ABŞ dolları həcmində valyuta alışı həyata keçirilib.
 
Belə ki, DNF transfertləri 1712 milyon manat kəsirlə icra edilmiş, bu, büdcə gəlirlərində proqnozla müqayisədə Dövlət Vergi Xidməti (DVX) xətti hesabına əldə edilmiş əhəmiyyətli artıma azaldıcı təsir edib.
 
2021-ci ilin yekunlarında Dövlət Neft Fondunun (DNF) aktivləri 45 milyard ABŞ dollarını üstələmişdi. Ötən il Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 698,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 milyard 894,6 milyon manat, bonus ödənişləri 776,9 milyon manat, akrhesabı ödənişləri 5,3 milyon manat, tranzit gəlirləri 21,4 milyon manat təşkil edib. Keçən il fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 3 milyard 287,4 milyon manata bərabər olub ki, bu da ümumi gəlirlərin 20,56 faizini təşkil edir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Neft Fondunun büdcədənkənar xərci 2 milyard 119,3 milyon manat olub. Ötən il ərzində Fondun büdcəsinin icrası çərçivəsində 11 milyard 350 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 10,2 milyon manat yönəldilib. 2021-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 22,5 milyon manat təşkil edib.
 
Ləman Qasımova
 


www.anews.az
Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol