• $
  • €
  • ₽
  • ₺
  • £

ABB bir neçə korporativ müştərisini beynəlxalq sərgi və festivala göndərdi

ABB bir neçə korporativ müştərisini beynəlxalq  sərgi və festivala göndərdi
06.09.2022 14:00
01 - 04 sentyabr 2022-ci ildə Türkiyənin İstanbul şəhərində 30-cu World Food İstanbul sərgisi keçirilib. ABB qida sənayesi sahəsində fəaliyyət göstərən korporativ müştərilərindən bir qrupunun sərgidə iştirakına şərait yaradıb. Məqsəd yerli istehsalçıların qlobal bazarlardakı yeni trendlərlə tanışlığı, eləcə də işgüzar əlaqələrinin inkişafına dəstəkdir. 

ABB-nin təşkil etdiyi heyət səfər çərçivəsində Qida və İçki məhsulları, Qida İşləmə Texnolojiləri Festivalına da (CNR Food İstanbul) qatılıb. Bu festival 2022-ci ildə qlobal səviyyədə təşkil olunan ən böyük ticarət platformasıdır. Dünyanın qida sektorunun ən önəmli təmsilçiləri bu festivalda bir araya gəlir. ABB nümayəndələri və Bankın korporativ müştəriləri sərgi və festivalda yeni məhsul çeşidləri ilə tanış olublar. Xarici şirkətlərin təmsilçiləri ilə görüşlər keçirərək gələcək tərəfdaşlıq imkanlarını müzakirə ediblər. 

ABB-nin korporativ biznes üzrə baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, bu cür maraqlı təşəbbüslər Bankın müştəri loyallığı proqramından irəli gəlir: "ABB olaraq biz müştərilərimizin biznesinə maksimum faydalı olmağa çalışırıq. Sərfəli məhsul şərtlərimizlə, hər bir müştərimizə fərdi yanaşmamızla, onların işinə dəstəyimizlə bizneslərin etibarlı maliyyə tərəfdaşıyıq. Hər bir biznes qurumunu ABB-nin yaratdığı imkanlardan faydalanmağa çağırırıq”. 

 ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol