• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank “İdeyadan Biznesə” layihəsində iştirak edib

Kapital Bank “İdeyadan Biznesə” layihəsində iştirak edib
19.09.2022 13:24
Kapital Bank-ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə "İdeyadan biznesə” (I2B) layihəsi çərçivəsində keçirilən dəyirmi masada iştirak edib. Tədbir Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Təlim-Tədris Mərkəzində innovasiya sahəsində fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə "Milli innovasiya ekosisteminin regional klasterlərinin formalaşması” mövzusunda keçirilib.

Tədbirin əsas məqsədi ekosistem oyunçuları arasında əməkdaşlığın və müzakirələrin təşviqi, baş verən proses və fəaliyyətlər haqqında məlumatlılığın artırılması, eləcə də xüsusilə regionlarda genişmiqyaslı əməkdaşlıq platformasının formalaşdırılmasına diqqət çəkməkdən ibarət olub.

İştirakçılar tərəfindən ölkəmizdə innovasiya ekosistemindəki çətinliklər, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması, innovasiya sahəsində qanunvericilik bazasının formalaşdırılması və innovasiya maliyyələşməsi barədə müzakirələr edilib, tərəfləri maraqlandıran suallar cavablandırılıb. Bundan başqa iştirakçılar bu sahənin inkişafı üçün əhəmiyyət daşıyan 13 istiqamət üzrə fikir mübadiləsi aparıblar. 

Qeyd edək ki, layihə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), "Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Gənclər Fondunun (AzGF) birgə təşkilatçılığı ilə keçirilib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 110 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol