• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank Bank of New York Mellon-da müxbir hesabı açıb

Unibank Bank of New York Mellon-da müxbir hesabı açıb
15.11.2022 12:20
Unibank KB Bank of New York Mellon-da müxbir hesabı açıb. Bu, "Unibank”ın beynəlxalq hesablaşmalarda fəaliyyətini genişləndirilməsinə, eyni zamanda beynəlxalq pulköçürmə xidmətlərinin təşviqinə xidmət edəcək.

Unibank KB İdarə Heyətinin sədri Faiq Hüseynov bu müqaviləni yüksək qiymətləndirib: "Bu əməkdaşlıq "Unibank”ın xarici maliyyə inistitutları ilə əlaqələrinin genişləndirilməsi istiqamətində  atdığı növbəti uğurlu addımlardan biridir. Bankımız qarşıya qoyulan bütün beynəlxalq prosedurları uğurla icra edərək, müştərilərimiz üçün çox əhəmiyyətli olan bu əməkdaşlığın əldə olunmasına nail oldu. Bu müqavilə həm də Banka olan yüksək etimadın göstəricisidir. Xidmətləri beynəlxalq arenada genişləndirməyimiz müştərilərimizin, eyni zamanda kiçik və orta sahibkarlığın və mikro biznesin ölkə xaricinə köçürmələrini, ödənişlərini daha da asanlaşdıracaq”. 

Amerika bankında birbaşa müxbir hesab Unibank müştərilərinə transsərhəd ödənişlər üçün ABŞ dolları ilə daha çevik və səmərəli hesablaşmalar aparmağa və komissiya xərclərini azaltmağa imkan verəcək.


Unibank haqqında

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın iri özəl banklarından biridir. Bank paytaxtda və regionlarda geniş xidmət şəbəkəsinə malikdir. 30 ildir fəaliyyət göstərən Unibank, 1,5 milyondan çox fərdi və korporativ müştəriyə xidmət göstərir. Unibank uğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.  Bank haqqında ətraflı https://unibank.az/ səhifəsindən öyrənə bilərsiniz.
Unibank- Sənin Bankın! 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol