• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank Xırdalanda daha bir filialını istifadəyə verdi

Kapital Bank Xırdalanda daha bir filialını istifadəyə verdi
30.12.2022 11:08
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank bank xidmətlərinə olan tələbatı nəzərə alaraq və müştərilərə göstərilən xidmət keyfiyyətini artırmaq məqsədilə Xırdalan şəhərində sayca 2-ci filialını istifadəyə verdi.  Açılan yeni filial Xırdalan şəhərinin mərkəzində, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 31-ci məhəllə, ev 3 ünvanında yerləşir. Xırdalan filialı müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.

Kapital Bank-ın Xırdalan filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. 

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini həyata keçirir. İndiyədək 70-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 40-dan çox yeni filial və şöbə istifadəyə verilib. Layihənin davamı olaraq bir sıra şəhər və rayonlarda yeni xidmət nöqtələrinin açılması, həmçinin bəzi filial və şöbələrin əsaslı təmir olunaraq müştərilərin xidmətinə verilməsi  nəzərdə tutulub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol