• $
  • €
  • ₽
  • ₺
  • £

"Yelo Bank"ın kredit portfeli 27 % artıb

"Yelo Bank"ın kredit portfeli 27 % artıb
20.07.2023 16:43
"Yelo Bank" bu ilin II rübünün yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb.

Hesabata əsasən, Bankın əsas maliyyə göstəricilərində pozitiv artım dinamikası davam edir.

6 ay ərzində "Yelo Bank"ın xalis mənfəəti 8,7 milyon manat olub. Bankın cəmi aktivləri ötən ilin sonu ili müqayisədə 25 milyon manat artaraq 847 milyon manatı keçib.

Hesabat dövründə, Bankın faiz gəlirləri illik müqayisədə 33 % artaraq 52 milyon manatdan çox olub, qeyri-faiz gəlirləri isə 5 milyon manatı keçib.
Bankın kredit və əmanət portfelləri böyüməyə davam edir. Ötən ilin analoji dövrü ilə müqayisədə kredit portfeli 147 milyon manat, yəni 27 % artaraq 684 milyon manatı keçib. Kreditlərin əsas hissəsi "Yelo Bank"ın prioritet istiqamətlərdən olan real sektorun maliyyələşməsinə yönəldilib. Nəticədə biznes portfel 34 % artaraq 444 milyon manata çatıb. İstehlak üzrə kredit portfeli də ötən ilin eyni dövrünə nisbətən 33 milyon manat, yəni 17 % artaraq 240 milyon manata çatıb. Bu satışın 33 %-i, eləcə də portfel artımının 37 %-i onlayn kanallar vasitəsilə həyata keçirilib.

Bankın əmanət şərtləri müştərilər üçün cəlbedici olmağa davam edir. Belə ki, il ərzində 4 000-ə yaxın müştəri əmanətini "Yelo Bank"a etibar edib. Nəticədə bu istiqamət üzrə portfel artaraq 592 milyon manata çatıb.

Hesabat tarixinə Bankın məcmu kapitalı 96 milyon manatı keçib. Bu da requlyativ tələbdən 46 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12,04 %, I dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7,44% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.

Yelo Bank 3 illik strategiya planını uğurla başa vurmaqdadır və bu planda qarşıya qoyulmuş bütün hədəflərə artıqlaması ilə nail olub
 
Hal-hazırda Bankın növbəti 3 illik strategiyası üzərində iş gedir. Bu yeni strateji dövrdə də Bankın əsas hədəfləri bazarda mövqeyini, real sektora dəstəyini gücləndirmək, rəqəmsal filialların sayını artırmaq, nağdsız dövriyyənin inkişafına töhfə verməkdir. Yelo Bank bundan sonra da müştəri ehtiyaclarını qarşılayan innovativ bankçılıq həlləri təqdim edəcək.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və yaxud Whatsapp hesablarımıza yazın.

"Yelo Bank" – Parlaq bankçılıq!

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol