• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Azərbaycan gəncləri üçün Türkiyədə “Kibertəhlükəsizlik Təlimi Düşərgəsi”nə qatılmaq imkanı yaradır

Azercell Azərbaycan gəncləri üçün Türkiyədə “Kibertəhlükəsizlik Təlimi Düşərgəsi”nə qatılmaq imkanı yaradır
21.07.2023 21:16
Ölkənin lider mobil operatoru və Türk Telekom kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış 10 gənc mütəxəssisi Türkiyəyə düşərgəyə göndərəcək


Azercell və Türk Telekom şirkətləri birgə əməkdaşlıqda kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış gənclərin peşəkar inkişafı məqsədilə müsabiqə elan edir. Müsabiqənin nəticələrinə əsasən Azərbaycandan seçilən 10 gənc mütəxəssis bu ilin avqust ayında Türkiyədə baş tutacaq "Kibertəhlükəsizlik Təlimi Düşərgəsi”nə qatılmaq imkanı qazanacaq.


Türk Telekom tərəfindən "Gələcəyin kiberqəhrəmanlarından biri ol” şüarı ilə keçirilən kibertəhlükəsizlik düşərgəsinə bu il ilk dəfədir ki, azərbaycanlı tələbələr və universiteti yeni bitirmiş gənc mütəxəssislər müraciət edə bilərlər. Layihənin Azərbaycan tərəfdən rəsmi tərəfdaşı - ölkənin lider mobil operatoru "Azercell Telekom”dur. Azercell düşərgəyə qatılacaq tələbələrin seçimi prosesini təşkil edərək qaliblərin iştirakına dəstək olacaq.


"Kibertəhlükəsizlik Təlimi Düşərgəsi”nə qatılmaq üçün 28.07.2023-cü il tarixinədək burada qeydiyyatdan keçmək lazımdır.


Qeyd edək ki, Türk Telekom tərəfindən kibertəhlükəsizlik düşərgəsi (bootcamp) hər il təşkil olunur. 2023-cü ildə düşərgə 14–23 avqust tarixlərində baş tutacaq. 10 günlük düşərgə müddətində tələbələr kibertəhlükəsizlik üzrə həm nəzəri, həm də təcrübə baxımdan mühüm mövzularda təlimlər alaraq bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər. Həmçinin düşərgə sonrası tələbələrin imtahanlarda göstərəcəkləri nəticələrdən asılı olaraq yüksək qiymətlərlə fərqlənənlərə iş imkanları yaradılacaq.


Sürətlə rəqəmsallaşan dünyada kibertəhlükəsizlik ən aktual və vacib mövzulardan biridir. "Azercell Telekom" lider mobil operator olaraq fərd və institutların kibertəhlükəsizlik baxımından güvənli ortamda fəaliyyət göstərməsi üçün bir çox layihəyə imza atıb. Şirkət uzun illər uşaqların internetdə və virtual həyatda təhlükəsizliyini qorumaq üçün xüsusi proqram və təlimlər təşkil edib, müasir beynəlxalq tendensiyaları Azərbaycana gətirib və bu istiqamətdə fəaliyyətini uğurla genişləndirir.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol