• $
  • €
  • ₽
  • ₺
  • £

Ləğvetmə prosesində olan bankın pozulmuş ipoteka krediti öhdəliyi ilə bağlı qərar qəbul edilib

Ləğvetmə prosesində olan bankın pozulmuş ipoteka krediti öhdəliyi ilə bağlı qərar qəbul edilib
26.07.2023 21:12
Ləğvetmə prosesində olan bankın pozulmuş ipoteka krediti öhdəliyi ilə bağlı qərar qəbul edilib.

"Report” xəbər verir ki, Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında "Banklar haqqında” qanunun 81.1-ci və 81.3-cü maddələrinin İnzibati Prosessual Məcəlləsinin 131-ci və 132-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb.

Qəbul olunmuş qərara əsasən, "Banklar haqqında” qanunun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan aktivlərin realizə qaydası tənzimlənir. "Banklar haqqında” qanun, habelə İnzibati Prosessual Məcəllənin müvafiq maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol