• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə Nazirliyi bu il 53 milyon manat artıq və əsassız ödəniş aşkar edib

Maliyyə Nazirliyi bu il 53 milyon manat artıq və əsassız ödəniş aşkar edib
27.07.2023 18:32

Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri 72 təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə 52 602,4 min manat artıq və əsassız ödənişlər aşkar edib.

Bu barədə Nazirlikdən məlumat verilib.

Məlumata görə, hesabat dövründə Dövlət Xidmətinin fəaliyyətinin əsas hissəsi Baş Prokurorluqdan və hüquq mühafizə orqanlarından nəzarət tədbirlərinin aparılması barədə Maliyyə Nazirliyinə daxil olmuş xeyli sayda məktub və qərarların icrası ilə əlaqədar olub.

Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 2015-ci ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 57 təşkilatda yoxlamalar aparılıb. Həmin təşkilatlarda qeyd edilən dövr ərzində 1 205,3 mln. manat məbləğində vəsaitin istifadəsi və gömrük ödənişləri şəklində dövlət büdcəsinə daxil olmuş 18 663,6 milyon manat məbləğində vəsaitlərin hesablanmasının düzgünlüyü yoxlanılıb. Yoxlamala ilə həmin təşkilatlarda 48 300,4 min manat məbləğində artıq və əsassız ödənişlər, 131 902,9 min manat məbləğində gömrük ödənişlərinin az hesablandığı və nəticədə bu məbləğdə vəsaitin (131 902,9 min manat) dövlət büdcəsinə az ödənildiyi aşkar edilib. Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələrinə dair tərtib edilmiş aktlar əlavələri ilə birlikdə aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilib.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən 15 təşkilatda 2019-cu ildən 2023-cü ilə qədər olan dövrü əhatə etməklə 1 123,4,0 mln. manat məbləğində vəsaitin istifadəsi yoxlanılıb. Həmin təşkilatların 14-də 675 milyon manat məbləğində vəsaitin istifadəsinin yoxlanılması ilə bu təşkilatlarda 1 150,1 min manat artıq və əsassız ödənişlərə yol verildiyi aşkar edilib. Artıq və əsassız ödənişlərin nəzarət tədbirlərinin gedişində dövlət büdcəsinə tam olaraq bərpası təmin edilib. İş planına əsasən 1 təşkilatda isə aparılan nəzarət tədbiri ilə 448,4 mln. manat məbləğində vəsaitin istifadəsi əhatə olunub, bu təşkilatda aşkar edilmiş 3 151,9 min manat məbləğində artıq və əsassız ödənişlərə hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib
Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən aparılmış nəzarət tədbirləri ilə (Baş Prokurorluğa göndərilən 1 nəzarət tədbiri istisna olmaqla) aşkar edilən nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 22 nəfər vəzifəli şəxsə 20,4 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Xidmət tərəfindən hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, müvafiq tövsiyələr verilib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol