• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Macarıstan qaz anbrlarına qaz vurmağa başlayıb

SOCAR Macarıstan qaz anbrlarına qaz vurmağa başlayıb
28.07.2023 13:26
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Macarıstanın qaz anbarlarına qazın vurulması  prosesinə başlayıb. Bunu  Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

"Şad xəbər var. Azərbaycanın enerji şirkəti SOCAR müqaviləyə uyğun olaraq ilk 50 milyon kubmetr qazı Macarıstanın qaz anbarlarına vurub", - Siyarto Facebook-da yazıb.

İyulun əvvəlində Siyarto bildirib ki, Macarıstan və Azərbaycan 50 milyon kubmetr həcmində qazın saxlanmasına dair müqavilə imzalamağa hazırlaşır. Lakin sənədin imzalanma tarixi barədə məlumat verilməyib.

Daha əvvəl xəbər verildiyi kimi, iyunun 2-də SOCAR və Macarıstanın MVM CEEnergy şirkəti Azərbaycan qazının Macarıstana ixracına dair müqavilə imzalayıb və Macarıstanın qaz anbarlarından istifadə üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Alqı-satqı müqaviləsi bu ilin sonunadək Azərbaycandan Macarıstana 100 milyon kubmetr qazın tədarükünü nəzərdə tutur. Təchizatların başlanması 2023-cü ilin dördüncü rübünə planlaşdırılır.

2022-ci ildə Azərbaycan qaz ixracını 18%, yəni  22,3 milyard kubmetrədək artırıb, Avropaya tədarük 11,4 milyard kubmetr (+39%) təşkil edib.

2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12 milyard kubmetri Avropayadır.

Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol