• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hotel xidmətindən istifadə edənlərin sayı artıb

Azərbaycanda hotel xidmətindən istifadə edənlərin sayı artıb
31.07.2023 17:56
2023-cü ilin ilk altı ayında keçən ilin uyğun dövrü ilə müqayisədə Azərbaycanda  hotel xidmətindən istifadə edənlərin sayı  32,7 faiz artaraq 1 363,2 minə çatıb. Bunun 788,1 mini isə turistlərin payına düşüb ki, bu da ötən ilin yanvar-iyunundan  56,5% çoxdur.  Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin üzvü,  deputatı Vüqar Bayramov öz Facebook hesabında paylaşıb.  
 
"Bütövlükdə  ölkə üzrə hotellərdə gecələmələrin ümumi sayı 32,7 faiz artaraq 1 363,2 minə çatıb. Turistlər üzrə isə gecələmələrin sayı 56,5 faiz artaraq 788,1 min olub", -  Vüqar Bayramov bildirib. 
 
Onun fikrincə, hələ də Azərbaycana gələn turistlərin böyük əksəriyyəti Bakıda dincəlməyə üstünlük verir, bölgələrə üz tutanların sayı isə azdır. Belə ki, bu ilin birinci yarısında Bakının payına turistlərin 84,2%, Qusarın - 4,0%,  Naftalanın - 3,6%,  Qəbələnin - 3,4%, Qubanın - 2%,  Gəncənin - 0,4%, digər çəhər və rayonların isə payına - 2,4% düşür. 

"Göründüyü kimi, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqətdən kənarda qalmamalıdır. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.  Nəticədə, bölgələrimizin böyük turizm potensialından tam istifadə olunmur. Bu isə o deməkdir ki, bölgələrin turizm imkanlarının re-inteqrasiyası üçün işlər sürətləndirilməlidir. Bölgələrdə turizm sektoruna daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən olmalıdır. Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu nəzərə alsaq o zaman bu sahənin bölgələrin inkişafına, rayonlarda yeni iş yerlərinin yaradılmasına verəcəyi töhvəni təsəvvür etmək çətin olmaz”, - Vüqar Bayramov yazıb. 

İqtisadçı-ekspert Əziz Şiriyev turistlərin nədən Azərbaycanın bölgələrinə deyil Bakıya üstünlük verdikləri barədə də fikirləri ilə bölüşüb. 

"Turizmdə 7 istiqamət var 4-ü əsas, 3-ü əlavədir. Bunlar Şimal, Şimal-Qərb, Cənub və Qərb marşrutlarıdır. Əlavə olan isə Bakı ətrafı yəni Abşeron, Naxçıvan və Qarabağdır. Qarabağ tezliklə inanıram ki, kütləvi turistlərin axını olandan sonra marşrut xəttinə çevriləcək. Məncə, bu məsələni bir neçə yolla həll eləmək olar. Əvvəla regionlarda, otellərin ve restoranların əksəriyyətinin pos-terminalları yoxdur, olanlar da işləmir. Turistlər onlayn ödəmə edə bilmirlər. Gələn turistlərin əksəriyyətinin üzərində nağd pul olmur. İkinci yol infastrukturunun bəzi regionlarda yararsız olmasıdır. Məsələn, hazırda  Şimal-Qərb marşrutu üzrə Şamaxı-İsmayıllı üzrə tikinti-təmir işləri gedir. Bu keçən il və ondan əvvəlki il Quba istiqamətində gedirdi. Bu da həmin bölgəyə olan turist axınının qarşısını alır. Üçüncüsü nəqliyyat şirkətləri bu gün Bakıda azdır. Təbii ki, fərdi maşınlardan söhbət getmir. Nəqliyyat şirkətləri ilə peşəkar işləmək üçün müqavilə bağlayıb işləyirik. Həmin nəqliyyat şirkətləri turistlərə xidmət göstərmək üçün bizə nəqliyyat verirlər. Hansı ki, kifayət qədər turist olanda nəqliyyat çatışmamazlığı olur. Təbii ki, turistlər bizim hesabımıza pul köçürdür, biz xarici partnyorla əməkdaşlıq edirik.  Maşın çatmadığı, nəqliyyat olmadığı halda biz fərdi şəxslərə müraciət edirik.  Bir də yeni marşrut xətləri salınır. Bunlardan biri agro turizmdir ki, indi turizmin ən aktual növlərindən birinə çevirilir. Hazırda  agro-turlar vasitəsilə  regionlarda olan kənd evləri və s  xaricdən, Amerikadan, Avropadan, Avstraliyadan gələnlərdə maraq yaradacaq.  Çünki, onlar gəldikləri ölkədə kənd həyatı görməyiblər və bunu yaşamaq istəyəcək, istər-istəməz regionlara axın edəcəklər. Bu da orada yaşayan insanların sosial-iqtisadi rifahına müsbət təsir göstərəcək”, -  Əziz Şiriyev deyib. 

O həmçinin bildirib ki, hər ay xaricdə keçirilən sərgilərdə regionların tanıdılması və təqdim olunması da bölgələrdə turizmin inkişafına müsbət təsir göstərə bilər. 

2023-cü ilin yanvar-iyununda Azərbaycana gələn turistlərin sayı 919.296 olub.

Rabia Hale Seferoğlu

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol